İsrailin müdafiə naziri İsrael Katz HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsində Təl-Əvivin iştirakını rəsmən etiraf edib.
Viral.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
“Biz Yəməndə onlara (“Ənsar Allah” hərəkatını nəzərdə tutur – red.) ciddi zərər vuracağıq, strateji infrastrukturlarını sıradan çıxaracağıq və liderləri ilə Tehranda Haniyə ilə etdiyimiz kimi davranacağıq”, – deyə İsrailin müdafiə naziri qeyd edib.
Son Yazılar:
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda gecələdiyi malikanədə yaxınmənzilli raketdən açılan atəşlə öldürülüb. İsrail hökuməti əvvəllər Haniyənin öldürülməsində iştirakını etiraf etmirdi.