-->
photo 264559

Bəzi avtomobil yollarında görmə MƏHDUDLAŞACAQ

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, dekabrın 23-də gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Ətraflı
photo 264554

“Ərdoğan Suriyaya səfər edə bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edə bilər. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Köroğlu TVNET-ə açıqlamasında deyib. Köroğlu, “xarici işlər nazirimiz Hakan Fidandan sonra prezidentimiz Ərdoğan da Dəməşqə gəlməyi düşünür” deyə bildirib. O, yeni dönəmdə Türkiyə-Suriya münasibətlərinin Osmanlı zamanındakı kimi olacağını da əlavə edib.

Ətraflı
photo 264544

ABŞ səhvən öz qırıcısını VURDU

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində vurulub. Viral.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 iki yerlik qırıcısı Amerika raket kreyserinin hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vurulub. “USS Gettysburg raket kreyseri, Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcıya (F/A-18-ə), səhvən atəş açıb və onu…

Ətraflı
photo 264542

Bu da Röya Ayxanın “Qızı”

Xalq artisti Röya Ayxan “Qızım” adlı yeni mahnısını təqdim edib. Viral.az xəbər verir ki, bəstənin musiqisi və aranjimanı Camal Qurbanova, sözləri Leyli Erola aiddir. “Cover”in müəllifi fotoqraf Halil Güzeldir. R.Ayxanın obrazı üzərində məşhur stilist Anar Ağakişiyev çalışıb. Mix mastering Toufan Recordsa aid olan “Qızım” YouTube-da onlayndır. Xatırladaq ki, R. Ayxan 8 gün əvvəl təqdim etdiyi…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Bu ölkədə 6,2 bal gücündə zəlzələ OLDU

Vanuatuda 6,2 maqnitudalı zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 35,9 min nəfər əhalisi olan Port Villa şəhərindən 27 km şimal-qərbdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Xatırladaq ki, dekabrın 17-də ABŞ Geoloji Xidməti Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş verdiyini bildirib. Hadisə…

Ətraflı
photo 264474

COP29-a qarşı hibrid hücumlarla bağlı hesabat HAZIRLANDI

2023-cü il dekabrın 11-də COP29-un Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən ölkəmizə qarşı informasiya əməliyyatları kəskin hal alıb. Viral.az xəbər verir ki, kampaniyanın getdikcə əlaqələndirilmiş formada aparılaraq kütləviləşməsi səbəbindən Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırmalara başlayıb. Araşdırmaların nəticəsi olaraq, oktyabrın 21-də “COP29-a…

Ətraflı
photo 264459

Almaniyada bayram bazarında terror – 11 ölü, 80 yaralı

Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Viral.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 60-ı yaralanıb. Bildirilib ki, hadisəni törədən sürücü həbs edilib. Əyalət hökumətinin sözçüsü Masias Şuppe hadisəni terror aktı kimi qiymətləndirib. Şəhər polisinin məlumatına görə, hazırda Maqdeburqdakı Milad…

Ətraflı
photo 264457

Prezident almaniyalı həmkarına başsağlığı VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faciəli hadisə ilə bağlı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə başsağlığı verib. Viral.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların…

Ətraflı
photo 264441

Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb”. Viral.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena Berbokla görüşündə deyib. O bildirib ki, üçüncü tərəflər ədalətli və tərəfsiz şəkildə bu prosesə dəstək verməlidirlər. Nazirlər həmçinin, Suriya və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Fidan söyləyib ki, Qəzzada daimi atəşkəsin…

Ətraflı
photo 264433

Prezident Şahbaz Şərifə təşəkkür məktubu GÖNDƏRDİ

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür məktubu göndərib. Viral.az-ın məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş…

Ətraflı
photo 264396

Bu səfirlərimiz geri ÇAĞIRILDI

Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Viral.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. *** Prezidentin digər Sərəncamına əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. *** Prezidentin daha bir Sərəncamına görə, Cəlal Sabir oğlu…

Ətraflı
photo 264380

Ağalı kənd məktəbinə yeni direktor təyin OLUNDU

Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin olunub. Viral.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə bu vəzifəyə Niftəliyev Azər Əlizamin oğlu təyinat alıb. Məlumatı “Report”un sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsi təsdiqləyib. Qeyd edək ki, A.Niftəliyev bu vəzifəyə təyin olunanadək…

Ətraflı
photo 264376

Naxçıvan MEDİA könüllüləri ilə görüş keçirildi

“Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyində Naxçıvan MEDİA könüllüləri ilə görüş keçirilib. Görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli həftə ərzində gənclərin media savadlılığı kampaniyalarının təşviqində fəal iştiraklarını yüksək qiymətləndirib. O, media savadlılığının cəmiyyətin hər bir üzvü üçün vacib olduğunu, gənclərin bu sahədəki bilik və bacarıqlarının artmasının onların peşəkar inkişafına müsbət…

Ətraflı
photo 264361

Sarayda yaşayış binasındakı yanğın söndürüldü

Saray qəsəbəsində yaşayış binasında başlayan yanğın məhdudlaşdırılıb. Viral.az xəbər verir ki, qəsəbədəki “Saray” MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayan yanğın tam söndürülüb. 12:47 *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yüksəkmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə Viral.az-a FHN-dən məlumat verilib. Məlumatla…

Ətraflı
photo 264330

Ucarda qadın yıxılaraq ÖLDÜ

Ucarda qadın yıxılaraq ölüb. Viral.az xəbər verir ki, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb. 1959-cu il təvəllüdlü, Quliyeva Gülarəxanım Abbas qızı yaşadığı evdə öz ehtiyatsızlığından yıxılaraq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın ölüb. Araşdırma aparılır.

Ətraflı
photo 264325

Gözlərimizi qorumağın 10 yolu

Türkiyə Oftalmologiya Dərnəyinin prezidenti Prof. Dr. Huban Atilla bildirib ki, dünyada demək olar ki, hər kəs həyatı boyu göz sağlamlığı problemi yaşayır, lakin dünya üzrə bir milyarddan çox insanın göz sağlamlığı və ya müalicəsi üçün lazım olan xidmətlərə çıxışı yoxdur. Viral.az e-saglam.az-a istinadən xəbər verir ki, o, “Hər kəs gözünü sevmək, qorumaq, ətrafdakıları məlumatlandırmaq üçün…

Ətraflı
photo 264319

Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməlidir

Suriya dünyanın ən böyük humanitar böhran regionlarından biri olaraq qalır. Suriya xalqını və İdlibdəki müqaviməti dəstəkləyən Türkiyə, ölkədəki tərəfləri əhatəli dialoqa razı salmaqda mühüm rol oynaya bilər. Viral.az “Report”a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Nyu-Yorkda təşkilatın qərargah binasında jurnalistlərin Suriyadakı proseslərlə bağlı suallarını cavablandırarkən deyib. Suriyanın şimal-şərqində davamlı atəşkəs üçün…

Ətraflı
photo 264317

Türkiyə və Misir qarşılıqlı ticarət həcminin artırılmasını razılaşdırıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə görüşüb. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, liderlər D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər. Türkyə lideri deyib ki, ölkəsi Misirlə müdafiə sənayesi, enerji, infrastuktur kimi bir çox sahədə əməkdaşlığı davam…

Ətraflı
photo 264313

Aİ sammiti Ukraynaya 2025-ci ildə 30,6 milyard avro AYIRACAQ

Avropa İttifaqı (Aİ) ölkələri birliyin sammitində 2025-ci ildə Ukraynaya 30,6 milyard avro dəyərində büdcə makromaliyyə yardımı göstərəcəyini vəd edib. Viral.az xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında deyilir. Sənədə əsasən, bu məbləğin 12,5 milyard avrosu 2027-ci ilə qədər ümumi həcmi 50 milyard avro olacaq Avropa Ukraynaya Dəstək Fondundan ödəniləcək. 18,1 milyard avro G7-nin 45…

Ətraflı