photo 263000

Koreya yarımadası nüvə müharibəsinin astanasında olub

Ölkədə hərbi vəziyyətin tətbiqindən bir qədər əvvəl Cənubi Koreya Silahlı Qüvvələri Şimali Koreyaya zərbə endirməyi müzakirə ediblər. Bunun Şimali Koreyadan buraxılan zibil balonlarına cavab olacağı nəzərdə tutulub. Viral.az xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Li Ki Hon bildirib. Onun sözlərinə görə, o, Müdafiə Nazirliyinin keçmiş rəhbəri Kim Yonq Hyunun ötən…

Ətraflı
photo 262992

Qazaxıstan Prezidenti BMT-də islahata ehtiyacı olduğunu BİLDİRDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Millətlər Təşkilatının (BMT) universal bir birlik kimi alternativinin olmadığını, lakin onun islahata ehtiyacı olduğunu bildirib. Viral.az xəbər verir ki, bu barədə Tokayev Qətərin paytaxtı Doha Forumunda moderatorun suallarını cavablandırarkən deyib. “BMT universal bir təşkilat kimi bəşəriyyət üçün tamamilə zəruridir. Böyük güclər, təəssüf ki, qlobal dünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki…

Ətraflı
photo 262991

İraq Suriya ordusunun mindən çox əsgərini qəbul ETDİ

İraq sərhədi keçmək üçün icazə istəyən Suriya ordusunun mindən çox əsgərinin müraciətini müsbət cavablandırıb. Viral.az xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bildirilib ki, döyüşçülər Əl-Qaim sərhəd keçid məntəqəsindən daxil olublar. Onlara lazımi köməklik göstərilib. Qeyd edək ki, dekabrın 4-dən etibarən Suriyada vəziyyət gərgindir. Bəzi məlumatlara görə, etirazçılar artıq paytaxt Dəməşqə yaxınlaşırlar.

Ətraflı
photo 262986

ABŞ Suriyaya müdaxilə etməməlidir – Tramp

“ABŞ Suriyaya müdaxilə etməməlidir”. Viral.az xəbər verir ki, bunu ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp sosial media hesabındakı paylaşımında qeyd edib. O bildirib ki, Suriyada xaos hökm sürür: “Amma Suriya bizim dostumuz deyil. Bu, bizim savaşımız deyil. Qoy, nə olursa olsun, əsla müdaxilə etməyin”. D.Tramp Suriyadakı vəziyyətə müdaxilə etməməklə bağlı hazırkı Cozef Bayden…

Ətraflı
photo 262982

Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir

“Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir”. Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır: “Türkiyə özü üçün nə istəyirsə, qonşular üçün də onu istəyir. Biz Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq və bu ölkə sabitliyə layiqdir. Türkiyənin yeganə məqsədi…

Ətraflı
photo 262977

Xüsusi nəzarətdə olan dərmanların siyahısı DƏYİŞDİ

Səhiyyə Nazirliyinin Kollegiyası “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nda dəyişiklik edib. Viral.az-ın məlumatına görə, bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb. Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib. Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Ətraflı
photo 262958

“Everton” – “Liverpul” oyunu təxirə salındı

İngiltərə Premyer Liqasının XV turunda bu gün keçirilməsi planlaşdırılan “Everton” – “Liverpul” oyunu təxirə salınıb. Viral.az xəbər verir ki, bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb. Mersisayd derbisi əlverişsiz hava şəraiti səbəbindən başqa tarixdə təşkil olunacaq. Qeyd edək ki, 14 matçdan sonra “Liverpul” 35 xalla liderdir. “Everton” 14 xalla 15-ci pillədə qərarlaşıb.

Ətraflı
photo 262952

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq gələcək qurmaq iradəsinin nümayişi olub

Dövlət başçılarımızın və millətimizin ortaya qoyduğu güclü iradə istiqamətində XXI əsrdə də tarix yazmağa davam edirik. Şərq və Qərbi, Asiyanı və Avropanı bir-birinə bağlayan bir coğrafiyada yerləşən ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələri həm bölgənin, həm də qlobal iqtisadiyyatın sabitliyinə və rifahına töhfə verir. Viral.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr…

Ətraflı
photo 262944

“Onun digər işçilərlə” – İcra başçısının müavini ölən məmurdan DANIŞDI

Xəbər verdiyimiz kimi, Lerik Rayon İcra Başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Əliyev Şəfiq Şaiq oğlu dünyasını dəyişib. Onun intihar etdiyi deyilir. Lakin Şəfiq Əliyevin hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb. Lerik Rayon İcra Hakimiyyətin  hadisəni təsdiq edib. Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər. Viral.az  xəbər verir…

Ətraflı

Qurban Qurbanovun köməkçisi baş məşqçi OLDU

İngiltərənin “Hall Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib. Viral.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı ispan mütəxəssislə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb. Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə “Neftçi”də işləyib, 2015-2017-ci illərdə isə…

Ətraflı
photo 262934

Bakıya yağış yağıb – FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən, arabir yağış yağıb. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub. “Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, dekabrın 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron…

Ətraflı
photo 262920

Bu gün TOEFL iBT imtahanı KEÇİRİLƏCƏK

Dekabrın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək. Bu barəd​​ə Viral.az–a ​​DİM-dən məlumat verilib. İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün…

Ətraflı
photo 262890

İran Suriyada hərbi gücünü ARTIRACAQ

İran Suriyada hərbi müşavirlərinin sayını artırmaq üçün lazımi tədbirlər görüb. Viral.az xəbər verir ki, bu barədə “Röyters” İranın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. “Tehran Suriyada hərbi müşavirlərinin sayını artırmaq və qüvvələr yerləşdirmək üçün bütün lazımi tədbirləri görüb”, – mənbə bildirib.

Ətraflı
photo 262884

Türkiyə parlamentində yeni fraksiya – eks-nazirlər BİRLƏŞDİLƏR

Türkiyə parlamentində təmsil olunan müxalif “DEVA”, “Səadət” və “Gələcək” partiyaları birləşərək fraksiya yaradıblar. Viral.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Səadət” partiyasının başqanı Mahmud Arkan, “DEVA” partiyasının başqanı Əli Babacan və “Gələcək” partiyasının başqanı Əhməd Davudoğlu arasında keçirilmiş üçtərəfli görüşdə tərəflər “Demokratik Platforma” adlı fraksiyada birləşdiklərini elan ediblər. Bundan əlavə, 3 partiyanın qarşıdan gələn seçkilər zamanı…

Ətraflı
photo 262885

Ehtiyatda olan zabit həbs edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub. Bu barədə Viral.az-a Azərbaycan hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Onun sözlərinə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin…

Ətraflı
photo 262880

Liftlərdə uşaqlara zorakılıq edən manyak həbs edildi

Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb. Viral.az xəbər verir ki, əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər. Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət…

Ətraflı
photo 262870

Mədəniyyət naziri yeni rəis təyin etdi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə yeni rəis təyinatı olub. Viral.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi təyin edilib. P.Kazımov…

Ətraflı
photo 262847

Azərbaycanın sürətlə böyüyən rayonu – Əhalisi Sumqayıt və Gəncəni ÖTDÜ

Azərbaycanda son illərdə əhalisinin sayı ən sürətlə artan yaşayış məntəqəsi Abşeron rayonudur. Viral.az xəbər verir ki, bu rayonun əhalisinin sayı 2015-2023-cü illər arasında iki dəfədən çox artaraq Sumqayıt və Gəncə şəhərlərini geridə qoyub. 2015-ci ildə Abşeron rayonunda 205 min insan qeydiyyatda olub, 2020-ci ilin sonunda 430 min nəfərə, 2023-cü ilin sonunda 433 min nəfərə çatıb….

Ətraflı
photo 262842

Bakıda çətin tərbiyə edilən uşaqlar üçün müəssisə YARADILDI

Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb. Viral.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib. O qeyd edib ki, Elm və Təhsil Nazirliyi həmin müəssisəni Suraxanı rayonunda təşkil edib:…

Ətraflı