
“Ərdoğan Suriyaya səfər edə bilər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edə bilər. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Köroğlu TVNET-ə açıqlamasında deyib. Köroğlu, “xarici işlər nazirimiz Hakan Fidandan sonra prezidentimiz Ərdoğan da Dəməşqə gəlməyi düşünür” deyə bildirib. O, yeni dönəmdə Türkiyə-Suriya münasibətlərinin Osmanlı zamanındakı kimi olacağını da əlavə edib.