-->
photo 265183

Mənzil növbəsinə qəbul edilən hərbçilərin sayı AÇIQLANDI

901 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib. Viral.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi…

Ətraflı
photo 265178

“Zaminbank” sahibi infarkt keçirib – Həbsdə olan Nadir İsmayılovun vəziyyəti AĞIRDI

“Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sahibi, iş adamı Nadir İsmayılov Bakı İstintaq Təcridxanasında infarkt keçirib.  Viral.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə dekabrın 24-də baş verib.  Nadir İsmayılovun vəziyyəti ağır olduğu təcridxanaya təcili tibbi yardım briqadası çağırılıb. Həkim rəyin əsasında iş adamı xüsusi ayrılmış təcili tibbi yardım maşını ilə Penitensiar Xidmətin Müalivə Müəssisəsinə aparılıb.  Dekabrın…

Ətraflı
photo 265163

Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar VERDİ

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin həbsdə saxlanılma müddəti uzadılıb. Viral.az Qafqazinfo-ya istinadla xəbər Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Hakim prokurorun təqdimatını əsaslı hesab edib. Ələsgər Məmmədlinin həbs müddəti 3 ay uzadılıb. Cinayət işi üzrə təqsirləndirilən digər şəxslər barəsində də eyni qərar verilib. Qeyd edək ki, iş üzrə ittiham edilənlər bu ilin martında həbs ediliblər….

Ətraflı
photo 265148

Əsgərlik yaşı ilə bağlı layihə son oxunuşdan KEÇDİ

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının son həddinin 35-dən 30-a endirilməsi ilə bağlı layihə bu gün də Milli Məclisdə müzakirəyə çıxarılıb. Viral.az xəbər verir ki, qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar…

Ətraflı
photo 265112

“Çelsi” və “Tottenhem” Premyer Liqada məğlub OLDU

Futbol üzrə İngiltərə Premyer Liqasında “Çelsi” və “Tottenhem” məğlub olub. Viral.az xəbər verir ki, XVIII turun oyununda “Fulhem”i qəbul edən “zadəganlar” 1:2 hesabı ilə uduzublar. “Tottenhem” isə səfərdə “Nottinqem Forest”lə bacarmayıb – 0:1. Digər görüşlərdə “Nyukasl” “doğma divarlar” arasında “Aston Villa”nı 3:0, “Vest Hem” isə səfərdə “Sautqempton”u 1:0 hesabı ilə üstələyib. Turun açılış matçında –…

Ətraflı
photo 265045

Pezeşkian Azərbaycan Prezidentinə başsağlığı VERDİ

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib.

Ətraflı
photo 265030

Xatirələri Bakı aeroportunda anılır – FOTOLAR

Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişin və ekipaj üzvlərinin xatirəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında anılır. Viral.az xəbər verir ki, bu barədə Hava Limanının sosial şəbəkə hesabında paylaşım edilib.  Bununla bağlı Bakı aeroportunda, Terminal 2-nin cənub girişində xatirə stendi quraşdırılıb. Stendə gül dəstələri düzən…

Ətraflı
photo 265020

Qəzada həlak olan Cəlilabad sakininin kimliyi müəyyən OLUNDU

​​​Ötən gün qəzaya uğrayan təyyarədə həlak olanlardan birinin Cəlilabad rayon sakini olduğu müəyyən edilib. Viral.az APA-ya istinadla xəbər verir ki, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun kimliyi atasından götürülən DNT analizindən sonra müəyyənləşib. Onun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir. Qoşqar Sadıqov Qroznıda çalışırmış.

Ətraflı
photo 265017

“Həmişə deyirdi ki, mənimlə fəxr edin” – Hökümənin anası

“Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, Vətəni çox istəyirdi. Sonra Vətənə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”. Viral.az xəbər verir ki, bunu “APA”-ya AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası Kəmalə Alıyeva bildirib. O, Hökümənin 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox güləüz idi. Əksər ölkələrdə…

Ətraflı
photo 265005

Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları ölkələrinə təxliyə edildi

Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 9 nəfər Rusiya vətəndaşı Moskvaya yola salınıb. Viral.az xəbər verir ki, bu barədə Manqistaunun Vilayət Administrasiyasından məlumat verilib. Bildirilib ki, müxtəlif bədən xəsarətləri almış Rusiya vətəndaşları Rusiyadan gələn xüsusi təyyarədə tibb personalının müşayiəti ilə vətənlərinə göndərilib.

Ətraflı
photo 264990

Kofeinin “insanı ayıldan” miqdarı AÇIQLANDI

Kofein dünyanın ən populyar stimulyatorlarından biridir. Milyonlarla insan onu hər gün bu məqsədlə qəbul edir. Amma reaksiyanı yaxşılaşdıra biləcək kofein dozasının nə qədər olduğunu çox adam bilmir. Viral.az xəbər verir ki, İspaniyanın Kastilya-La Mança Universitetinin alimləri bunu araşdırıblar. Tədqiqatın nəticələri “European Journal of Nutrition” elmi jurnalında dərc edilib. Yeni tədqiqatda orta yaşı 22 olan 29…

Ətraflı
photo 264982

Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı

Norveç hakimiyyəti ölkədə bütün qatarların hərəkətini dayandırıb. Viral.az xəbər verir ki, bu barədə Norveç dəmir yol hərəkətinin inkişafı və idarə edilməsi üzrə dövlət agentliyinin saytında bildirilib. Hərəkətin dayandırılması qərarı qatarlar və idarəetmə mərkəzi arasında rabitə sistemində yaranan nasazlıqla bağlıdır. Problem yerli vaxtla 7:55-də (Bakı vaxtı ilə 10:55) məlum olub. Bundan sonra şirkət bir neçə dəfə…

Ətraflı
photo 264966

Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır. Viral.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında məlumat verilib. Qeyd edilib ki, xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı…

Ətraflı
photo 264952

Bayram günlərində hava belə olacaq

Bayram günlərində, 31 dekabr-2 yanvarda Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq…

Ətraflı
photo 264937

Şeyxdən matəm günü ilə bağlı GÖSTƏRİŞ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. Viral.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Qazaxıstan Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıtdı. Həlak olanlara Allah-Təaladan rəhmət diləyir, mərhumların doğmalarına və yaxınlarına dərin…

Ətraflı
photo 264922

İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə KEÇİRDİ

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Viral.az xəbər verir ki, təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən…

Ətraflı
photo 264885

Yeni il ərəfəsində quş əti bahalaşıb?

Son günlərdə Azərbaycanda quş əti məhsullarının qiymətində artım müşahidə olunur. Viral.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə satıcılar məlumat veriblər. Onların sözlərinə görə, qiymət artımı bir neçə amillə əlaqələndirilə bilər. “Yeni il bayramı yaxınlaşdıqca tələbin artması qiymət artımına səbəb ola bilər. Bayramda müxtəlif yeməklər hazırlanarkən quş əti, xüsusilə toyuq və hinduşka kimi məhsullar geniş istifadə…

Ətraflı
photo 264863

Bu şirkətlər dünyanın üçüncü ən böyük avtomobil istehsalçısını yaradacaqlar

“Honda”, “Nissan” və “Mitsubishi” rəsmən vahid holdinqdə birləşərək “Volkswagen” və “Toyota”dan sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısını yaradırlar.  Viral.az xəbər verir ki, “Honda” və “Nissan” tərəfindən birgə bəyanatla elan edilən birləşmənin 2026-cı ilin avqust ayına qədər başa çatdırılması gözlənilir. Alyansın məqsədi qlobal rəqabəti həll etmək və sıfır emissiyalı və avtonom avtomobillərin inkişafını sürətləndirməkdir. “Mitsubishi”də…

Ətraflı