“Zaminbank” sahibi infarkt keçirib – Həbsdə olan Nadir İsmayılovun vəziyyəti AĞIRDI

“Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sahibi, iş adamı Nadir İsmayılov Bakı İstintaq Təcridxanasında infarkt keçirib. 

Viral.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə dekabrın 24-də baş verib. 

Nadir İsmayılovun vəziyyəti ağır olduğu təcridxanaya təcili tibbi yardım briqadası çağırılıb. Həkim rəyin əsasında iş adamı xüsusi ayrılmış təcili tibbi yardım maşını ilə Penitensiar Xidmətin Müalivə Müəssisəsinə aparılıb. 

Son Yazılar:

Dekabrın 25-də isə Nadir İsmayılovun vəziyyəti daha da ağırlaşıb. Həkimlərin tövsiyyəsi isə o, “Bona Dea” klinikasına yerləşdirilib və orada ürəyindən əməliyyat olunub. 

Nadir İsmayılovun səhhəti normallaşmamış yenidən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Onun vəziyyətinin hələ də ağır olduğu bildirilir. 

Nadir İsmayılov 2020-ci ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddəsləri ilə ittiham irəli sürülüb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Nadir İsmayılovun cəzasını 14 ildən 10 ilə endirib. 

Nadir İsmayılov artıq 4 il 6 aydan çoxdur ki, məhkumluq həyatı yaşayır. Onun sahibi olduğu “Zaminbank” ASC 2016-cı ildə müflis elan edilib.