Gürcüstanda zəlzələ
Gürcüstanın Kaxeti bölgəsində zəlzələ baş verib. Viral.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar Dedoplistskaro bələdiyyəsindən 11 kilometr cənub-şərqdə, Zemo Xalatsani kəndi yaxınlığında 3,9 bal gücündə qeydə alınıb. Zəlzələ digər bölgələrdə də hiss olunub.