Sükan arxasında halı pisləşdi, qəza törətdi

Sükan arxasında halı pisləşdi, qəza törətdi

Qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.

Viral.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücü səhhətində problemlər olduğunu bildiyi halda sərnişindaşıma fəaliyyəti göstərib. Qəza “Mercedes Vito” markalı avtomobillə, Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Son Yazılar:

Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda məsələ ilə bağlı sürücülərə müraciət edib: “Bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!” 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu