Almaniyada kimya zavodunda yanğın baş VERDİ

Almaniyanın qərbindəki Duisburq şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) kimya zavodunda yanğın baş verib, təxminən 110 yanğınsöndürən alovla mübarizə aparır. Viral.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, yanğın müəyyən edilməmiş səbəbdən sink sulfat istehsalı şöbəsində qeydə alınıb. Zavod avtomobil sənayesi, əczaçılıq üçün məhsulların istehsalı və tədarükü ilə məşğul olan “Grillo”…

Ətraflı

Zamirə Hacıyevanın qızılları özünə QAYTARILIR

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın milyonlarla dollarlıq qızıl-zinət əşyaları və mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə işi davam edir. Viral.az xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi deyilən zinət əşyalarının böyük qisminin qaytarılması barədə qərar qəbul edib. Məlumat üçün…

Ətraflı

Messiyə görə o, ən yaxşı idmançıdır

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi ona görə ən yaxşı idmançının adını açıqlayıb. Viral.az xəbər verir ki, futbolçunun sözlərini “SPORTF” “X” sosial şəbəkəsində dərc edib. Belə ki, Messi keçmiş “Çikaqo Bullz” və ABŞ millisinin basketbolçusu Maykl Cordanı tarixin ən böyük idmançısı hesab etdiyini bildirib. “Düşünürəm ki, idmana gəldikdə, Maykl Cordan ən…

Ətraflı

Nilüfər keçmiş ərinə xəstəxanada baş ÇƏKDİ

Müğənni Nilüfer ötən ay xəstəxanaya yerləşdirilən keçmiş həyat yoldaşı Reha Muxtarın səhhətiylə bağlı açıqlama verib. Viral.az yerli mediaya istinadən xəbər verir ki, jurnalist və xəbər aparıcısı Reha Muxtar avqustun 20-də İstanbuldakı evində yıxalaraq ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Bildirilir ki, Nilüfer Reha Muxtarı xəstəxanada ziyarət edib və jurnalistlərin suallarını cavablandırıb: “Vəziyyəti yaxşıdır, yaxşılaşacaq. Bir…

Ətraflı

Rusiya Çinlə əməkdaşlığa görə ABŞ-yə hesabat vermək niyyətində deyil

Rusiya Çinlə əməkdaşlığa görə ABŞ-yə hesabat vermək niyyətində deyil. Viral.az xəbər verir ki, bunu “RTVI” telekanalına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Biz Çinlə münasibətləri qarşılıqlı faydalı şəkildə, beynəlxalq hüquqa tam uyğun şəkildə qururuq və ABŞ-yə hesabat vermək fikrində deyilik”, – Zaxarova vurğulayıb. Qeyd edək ki, bir müddət öncə “Politico” yazmışdı ki,…

Ətraflı

Ermənistan indiyədək razılaşdırılmış şərtlərlə sülh müqaviləsi imzalamağa hazırdır

“Ermənistan indiyədək razılaşdırılmış şərtlərlə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”. Viral.az xəbər verir ki, bu bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxış edib. “Son vaxtlar sülh sazişinin 80 faizinin razılaşdırılması ilə bağlı müxtəlif platformalardan bəyanatlar səslənib. Hazırda sülh müqaviləsi layihəsinin 13 maddəsi və preambulası tam razılaşdırılıb, əsasən iki cümlədən ibarət daha üç maddə…

Ətraflı

Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ÖLDÜ

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Viral.az APA-ya istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü C.Əliyev evdə sirkə turşusu içərək zəhərlənib. 53 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həkimlərin səyi C.Əliyevin həyatını xilas etmək üçün yetərli olmayıb. Mərhumun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

MEDİALAB televiziya proqramına start VERİLDİ

Bu gündən etibarən Medianın İnkişafı Agentliyi və AzTV-nin birgə təşkilatçılığı ilə MEDİALAB televiziya proqramına start verilib. Viral.az xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd informasiya yaradılması və ötürülməsi prosesində texnologiyaların geniş tətbiqi nəticəsində xüsusilə mürəkkəbləşən rəqəmsal media mühitində dezinformasiyaya qarşı ictimai müqavimətin gücləndirilməsi və media savadlılığının artırılması, həmçinin peşəkar medianın bu sahədə maarifləndirici funksiyasının və…

Ətraflı

PA-nın sektor müdiri veteranlarla görüşdü

Sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Bu barədə Viral.az-a Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Rəyasət Heyətinin üzvləri Müzəffər Ali Baş Komandan, Prezident İlham…

Ətraflı

Gədəbəydə hamilə qadın naməlum şəraitdə ÖLDÜ

Gədəbəy rayonunda qadın naməlum səbəbdən dünyasını dəyişib. Viral.az “Report”a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü N.Abdullayeva ağır halda xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Qadının hamilə olduğu, ölüm səbəbinin isə hələ tam məlum olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

“Şöhrət” ordeni mənim üçün gözlənilməz oldu

“Şöhrət” ordeni mənim üçün gözlənilməz oldu Viral.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Şöhrət” ordeni ilə təltif olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən atlet bu xəbərin onun üçün gözlənilməz olduğunu söyləyib: “Belə bir şeyin baş verəcəyini həqiqətən gözləmirdim. Bu, mənim üçün gözlənilməz…

Ətraflı

Rusiya genişmiqyaslı əks-hücum əməliyyatına BAŞLADI

Rusiya Federasiyasının 155-ci motoatıcı alayının hərbçiləri Kursk vilayətində genişmiqyaslı əks-hücuma başlayıblar və artıq ukraynalı döyüşçüləri Qordeyevka kəndindən çəkilməyə məcbur ediblər. Viral.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. “Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmaqla əks-hücum əməliyyatına başlayıb. Onlar Qordeyevkaya dörd tərəfdən daxil olublar: Ukrayna qoşunları Korenevo, Kulbaki, Martınovka və Neçayevo…

Ətraflı

ABŞ “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə ETDİ

ABŞ İran İslam Respublikasının “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib. Viral.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb. Şirkətə qarşı yeni məhdudiyyətlər onun Rusiya ilə əlaqələri, eləcə də silahların daşınması ilə bağlıdır. ABŞ Maliyyə Nazirliyi İranın bir sıra digər İran fiziki və hüquqi şəxslərinə qarşı da məhdudiyyətlər elan edib. Bundan əvvəl…

Ətraflı

Karateçimiz Avropa çempionu OLDU

Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub. Viral.az xəbər verir ki, qitə miqyaslı turnirdə Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ənənəvi karate, “KVU-VFKF birliyi”nin üzvləri iştirak ediblər. Beynəlxalq Kyokuşin-Kan karate təşkilatı tərəfindən keçirilən və Klyuj Napoka şəhərindəki Sala Polivalenta arenasında baş tutan yarışda təmsilçimiz Aygün Əsədli 61 kq çəki dərəcəsində bütün bütün rəqiblərinə qalib…

Ətraflı

Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi OLDU

Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub. Viral.az xəbər verir ki, qitə miqyaslı turnirdə Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ənənəvi karate, “KVU-VFKF birliyi”nin üzvləri iştirak ediblər. Beynəlxalq Kyokuşin-Kan karate təşkilatı tərəfindən keçirilən və Klyuj Napoka şəhərindəki Sala Polivalenta arenasında baş tutan yarışda təmsilçimiz Aygün Əsədli 61 kq çəki dərəcəsində bütün bütün rəqiblərinə qalib…

Ətraflı

İsrail ordusu Qəzzadan şimala doğru hərəkətə KEÇDİ

İsrail hərbi səylərinin “ağırlıq mərkəzini” Qəzza zolağından şimala – Livanla sərhəd bölgəyə dəyişir. Viral.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin şimalında hərbçilərlə görüşdə deyib. Onun sözlərinə görə, İsrail Qəzza zolağının cənubunda vəzifələrini tamamlamağa yaxındır, lakin missiya hələ tamamlanmayıb.

Ətraflı

İlham Əliyev əlcəzairli həmkarını təbrik ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb. Viral.az-ın xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə qardaş Əlcəzair xalqının şəxsən Sizə, tutduğunuz siyasi xəttə böyük inam və etimadının aşkar təzahürüdür. Biz Azərbaycan-Əlcəzair dostluq…

Ətraflı

“Kəpəz” heyətinə yeni futbolçu cəlb ETDİ

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib. Viral.az xəbər verir ki, klubdan verilən məlumata görə, Anqola əsilli portuqaliyalı Valdemar Almeyda “sarı-göylər”in şərəfini qoruyacaq. 32 yaşlı oyunçu ampluaca yarımmüdafiəçidir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. “Pana” ləqəbli futbolçu ötən mövsüm “Səbail”də çıxış edib.

Ətraflı

Mahmud Abbas Misir ərazisindən Qəzzaya gedə bilər

Qəzza zolağına səfər etməyi planlaşdıran Fələstin lideri Mahmud Abbas Misir ərazisindən anklava gedə bilər. Viral.az xəbər verir ki, bu barədə “Ynet” portalı Fələstin Milli Administrasiyasındakı yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb. M.Abbasın Qəzza zolağına səfəri ilə bağlı məsələ onun sentyabrın 26-da BMT-də gözlənilən çıxışından sonra həll ediləcək. Misir Əbu Mazenin (Mahmud Abbas – red.) Rəfah…

Ətraflı