TUSAŞ binasında terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib.
Viral.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.
“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik”, – Y.Gülər vurğulayıb.
Son Yazılar:
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
Qeyd edək ki, bu gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 4 nəfər şəhid olub, 14-ü isə yaralanıb.