UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.
Viral.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.
İspaniyanın “Barselona” klubu doğma meydanda Almaniya təmsilçisi “Bavariya”nı böyük hesabla məğlub edib. “Mançester Siti” (İngiltərə) evdə “Sparta”nı (Çexiya) darmadağın edib. İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leyptsiq”ə (Almaniya) minimal hesabla qalib gəlib.
Son Yazılar:
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
- Türkiyədə uçuşlarda fasilələr YARANDI
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
“Atalanta” (İtaliya) – “Seltik” (Şotlandiya) 0:0
“Brest” (Fransa) – “Bayer 04” (Almaniya) 1:1
“Mançester Siti” (İngiltərə) – “Sparta” (Çexiya) 5:0
“Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) 0:1
“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) 4:1
“Atletiko” (İspaniya) – “Lill” (Fransa) 1:3
“Benfika” (Portuqaliya) – “Feyenoord” (Niderland) 1:3
“Zaltsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
“Yanq Boys” (İsveçrə) – “İnter” (İtaliya) 0:1
Qeyd edək ki, Liqa mərhələsində IV tura noyabrın 5-də start veriləcək.