Azyaşlı qızını dəmirlə döyən ana xəstəxanaya YERLƏŞDİRİLDİ

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Xudat şəhərində 7 yaşlı qız anası tərəfindən zorakılığa məruz qalıb. Viral.az Modern.az-a istinadla xəbər verir ki, hadisə ilə əlaqədar rəsmi qurumlar hərəkətə keçib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstə qarnın ön divarının çoxsaylı kəsilmiş yaraları, bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmələri və qançırları diaqnozu ilə daxil olub. Hazırda azyaşlının stasionar…

Ətraflı

Əhmədin məhkəməsinin tarixi DƏYİŞDİRİLDİ

Bütün ailə üzvlərini amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Viral.az “qafqazinfo”ya istinadla xəbər verir ki, 25 yaşlı Əhməd bu gün saxlanıldığı xüsusi xəstəxanadan polisin müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməli idi. Lakin onun məhkəmədə iştirakı təmin edilməyib. Bu səbəbdən məhkəmə prosesi oktyabrın 8-nə təxirə salınıb. Qeyd edək…

Ətraflı

Məşhur idmançı güllələnərək ÖLDÜRÜLDÜ

Türkiyənin milli kikboksçusu başından güllələnərək öldürülüb. Viral.az haberler-ə istinadən xəbər verir ki, baş verən hadisənin təfərrüatı günlər sonra ortaya çıxıb. Kik Boks Federasiyasının üzvü, milli kikboksçu və məşqçi Caner Tikicieri bir müddət əvvəl yeni avtomobil alıb. İddialara görə, onun avtomobili aldığı adamlara təxminən 250 min lirə borcu olub. Bu borc ucbatından aralarında düşmənçilik yaranıb. Qətllə bağlı 3 nəfər…

Ətraflı

ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək

Vaşinqton Rusiya ilə hərbi-texniki əməkdaşlığa görə bu gün İrana qarşı yeni sanksiyalar elan edəcək. Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, eyni zamanda “Iran Air” aviaşirkətinə də qarşı əlavə tədbirlər nəzərdə tutulub.

Ətraflı

Müdafiə nazirləri üçtərəfli memorandum İMZALADILAR

Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü çərçivəsində üçtərəfli saziş imzalanıb. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sazişi Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani imzalayıblar.

Ətraflı

Perinataldakı yanğında körpə ölümünə görə məhkəmə BAŞLAYIR

“Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı başlanan cinayət işinin istintaqı tamamlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. (https://genprosecutor.gov.az/az/post/7192) İstintaqla…

Ətraflı

Seçkiylə bağlı şikayətlərə baxılması müddəti sabah bitir

“Dairə seçki komissiyalarının qərarları barədə şikayətlərə baxılmasının müddəti sentyabrın 11-də bitəcək”. Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. “MSK-da 5 şikayət araşdırılır. Sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq”, – deyə MSK sədri qeyd edib. Sədr əlavə edib ki, ATƏT-in…

Ətraflı

Rusiyanın ballistik raketlərlə təmin edilməsi Avropa üçün təhlükədir

İranın Rusiyanı ballistik raketlərlə təmin etməsi bütün Avropa üçün təhlükədir. Viral.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Britaniya xarici işlər naziri Devid Lammi ilə keçirdiyi mətbuat konfransında deyib. Blinken qeyd edib ki, “Fath-360” ballistik raket sistemindən istifadə etmək üçün onlarla Rusiya hərbi qulluqçusu İranda təlim keçib: “Rusiya indi bu ballistik raketləri alıb…

Ətraflı

Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər

Budapeşt Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağı məkan ola bilər. Viral.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bu gün “İrəvan dialoqu” forumunda deyib. “Mənim hər iki tərəflə son danışıqlarım zamanı belə bir variant da nəzərdən keçirildi ki, Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər. Hesab edirəm ki,…

Ətraflı

Zurabişvili növbəti dəfə prezidentliyə namizədliyini irəli SÜRƏCƏK

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçiriləcək prezident seçkilərində yenidən iştirak etməyə hazır olduğunu bildirib. Viral.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.  Xatırladaq ki, 72 yaşlı S.Zurabişvili 2018-ci ilin dekabrından Gürcüstan prezidentidir. Onu da qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Ətraflı

Elektrik və hibrid avtomobillərinin kreditləşməsi 8 dəfə ARTIB

Verilmiş güzəştlər nəticəsində 2022-ci ildən bu tərəfə son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb. Bu barədə Viral.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda,…

Ətraflı

Bakı-Sumqayıt elektrik qatarlarının sayı ARTIRILIR

“Azərbaycan Dəmir Yolları” QSC-nin şəhərətrafı marşrutlarla hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 16-dan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcəkdir. Viral.az bu barədə ADY-yə istinadla xəbər verir. Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt xətti üzrə isə 36-dan 42-yə çatdırılıb. Yenilənmiş qrafikə…

Ətraflı

HƏMAS artıq hərbi qüvvə kimi mövcud deyil

Fələstinin HƏMAS qruplaşması artıq hərbi qurum kimi mövcud deyil. Viral.az NDTV-yə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. O bildirib ki, 11 aydan çox davam edən müharibədən sonra HƏMAS-ın hərbi potensialı ciddi şəkildə zəifləyib. “HƏMAS artıq hərbi birləşmə kimi mövcud deyil. Təşkilat partizan müharibəsi aparır, biz isə hələ də terrorçularla mübarizə…

Ətraflı

Hakan Fidan müsəlman dünyasını həmrəyliyə ÇAĞIRDI

Türkiyənin xarici işlər naziri Hakan Fidan müsəlman dünyasını həmrəyliyə çağırıb. Viral.az xəbər verir ki, o, bu barədə Qahirədə Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci toplantısında çıxışında deyib. Hakan Fidan bildirib ki, regional problemlərin öhdəsindən ancaq belə gəlmək mümkündür. Onun sözlərinə görə, bəzi problemlərin səbəbi məhz müsəlman ölkələri arasındakı fikir ayrılığıdır.

Ətraflı

Bakı metrosuna gizli girən əcnəbilərə hökm OXUNDU

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya təqsirləndirilən fransızın vəkili Elçin Sadıqov məlumat verib. Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilirdi. Onlar…

Ətraflı

Kolleclərə qəbul olunanlar üçün qeydiyyat BAŞLADI

Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Viral.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da…

Ətraflı

Məşhur aktrisa “Kuruluş Osman”da ÇƏKİLƏCƏK

Reytinqli “Kuruluş Osman” serialına yeni sima daxil olacaq. Viral.az BAKU.W-ə istinadla xəbər verir ki, bu dəfə aktrisa Feyza Işık layihədə çəkiləcək. O serialda Bayhan bəyin həyat yoldaşı obrzında olacaq. Aktrisa Hazal Hatun rolunda olacaq. “Kuruluş Osman”a sonuncu dəfə Ali Sürmeli, Ekin Mert Daymaz, Erdem Şanlı və Ali Önsöz kimi aktyorlar daxil olublar. Feyza Işık bundan…

Ətraflı

Bu ölkədə uşaqlara sosial media qadağan EDİLDİ

Avstraliya sağlamlığına mənfi təsir göstərdiyi üçün uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır. Viral.az xəbər verir ki, xəbər verir ki, bu barədə Avstraliyanın baş nazir Entoni Albaneze bildirib. Onun sözlərinə görə, hökumət qanunları təqdim etməzdən əvvəl yaş yoxlama sistemini sınaqdan keçirəcək. Qeyd edək ki, ölkədə sosial şəbəkələrə giriş üçün minimum yaş həddi 14-16 yaş hesab olunur.

Ətraflı