Şəmkirçaydan sel keçir – FAKTİKİ HAVA

Oktyabrın 18-i saat 15:00-a olan faktiki hava açıqlanıb. Viral.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şuşa, Kəlbəcər, Füzuli, Xocalı, Xocavənd, Xankəndi, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Göyçay,…

Ətraflı

ADSEA sədri Bərdədə vətəndaşları qəbul etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov oktyabrın 18-də Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Bərdə, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.  Viral.az xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər…

Ətraflı

Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib. Fləşmobda doğma yurda qayıdan və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün həmvətənlərimiz iştirak ediblər. Viral.az xəbər verir ki, fləşmob haqqında hazırlanmış videoçarxda dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən, həmin ərazilərdə salınmış yaşayış məntəqələrindən, həmçinin məcburi…

Ətraflı

Azad olunan ərazilərdə torpaqlar bu şəkildə icarəyə VERİLƏCƏK

Milli Məclis azad edilən ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə verilməsini birinci oxunuşda təsdiqləyib. Viral.az xəbər verir ki, bununla bağlı “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, gələcəkdə torpaq…

Ətraflı

Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var?

Müğənnilərin el şənliklərindən əldə etdikləri qazancın, şabaşın məbləği istər sosial mediada, istərsə də cəmiyyətdə hər zaman müzakirə mövzusu olub. Tanınmış müğənni Kərim Abbasovun toydan əldə etdiyi qazancla bağlı verdiyi açıqlama da birmənalı qarşılanmayıb. O qeyd edib ki, iştirak etdiyi toyların birində 15 dəqiqə ərzində 28 min dollar şabaş qazanıb. O. həmçinin bildirib ki, müğənni həmkarı…

Ətraflı

Məhkəmə hakimləri 3 imtahan əsasında SEÇİLƏCƏK

Məhkəmə hakimlərinin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq. Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər. Hazırda qüvvədə…

Ətraflı

Azərbaycanda hakimlərlə bağlı yeni komitə YARADILIR

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq. Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdıracaq: – Ali Məhkəmənin 3…

Ətraflı

Bu şəxslər 2500 manat CƏRİMƏLƏNƏCƏK

Odla ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə görə iki min beş yüz manatadək məbləğdə cərimə müəyyən edilir. Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 253.6-cı maddəyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma…

Ətraflı

Yaşıllıqları məhv edənlər 8 ilədək azadlıqdan məhrum EDİLƏCƏK

Milli Məclis yaşıllıqları məhv etmə və ya zədələməyə görə cərimələrin artırılmasını I oxunuşda təsdiqləyib. Viral.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və…

Ətraflı

Bu qurumun rəhbəri vəzifəsindən azad EDİLDİ – FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqa-layihəsi artıq son mərhələsinə çatır. “Aztelekom” MMC-dən Viral.az-a bildirilib ki, “Aztelekom” ölkənin rəqəmsal infrastrukturunun inkişafına yönəldilmiş bu vacib təşəbbüsün əsas operatorlarından biri kimi çıxış edir. Məlumata görə, “Aztelekom”un “Onlayn Azərbaycan” layihəsi çərçivəsində gördüyü işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi. Şirkətin Baş direktoru vəzifəsini icra edən T….

Ətraflı

Heyvanlarla rəhmsiz davrananlar bu qədər CƏRİMƏLƏNƏCƏK

Heyvanlarla rəhmsiz rəftarı təbliğ edənlər bir ayadək həbs oluna bilərlər.  Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunlarına təklif olunan dəyişiklikdə öz əksini tapıb.  Layihəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz…

Ətraflı

Vətəndaşların “BakıKart” tətbiqindəki vəsaitləri geri qaytarılacaq

“BakıKart”ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.    Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov yeni layihələrlə bağlı ictimai dinləmədə müzakirə zamanı deyib.  O, bildirib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: “Vətəndaşların mobil tətbiqdə olan bütün vəsaitləri geri qaytarılacaq. Tətbiqin işi bərpa…

Ətraflı

Xaric edilən kursantlar hərbi xidmətə göndəriləcək: Yeni QAYDA

Milli Məclis xaric edilən kursantların müddətli həqiqi hərbi xidmətə göndərilməsi qaydasını birinci oxunuşda təsdiqləyib. Viral.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya…

Ətraflı

Deputatdan bələdiyyə borclarıyla bağlı TƏKLİF

Bələdiyyələrin külli miqdarda borcu dondurulmalı və ya silinməlidir. Viral.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Musayev oktyabrın 18-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib. “Əgər həmin borclar silinməsə, yaxud dondurulmasa, bəzi bələdiyyələrin fəaliyyəti mümkünsüz olacaq. Eyni zamanda bələdiyyələrin maliyyələşdirilməsi məsələsini də həll etmək lazımdır”, – o bildirib.

Ətraflı

Azərbaycanda bu ali məktəb üçün iki yeni korpus TİKİLƏCƏK

Azərbaycan İdman Akademiyası üçün iki yeni korpus tikiləcək. Viral.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb. Belə ki, akademiyanın 4-cü və 5-ci tədris korpuslarının tikintisi həyata keçiriləcək.  Xatırladaq ki, daha əvvəl 2021-ci ildə akademiyanın 3 mərtəbəli yeni korpusu istifadəyə verilib. Qeyd edək ki, bu ilin may ayında hökumətin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Gənclər…

Ətraflı

“Daşlı qala” mahnısı Xalq artistləri arasında QALMAQAL YARATDI

Xalq artisti Niyamməddin Musayevlə keçmiş “Lalə” qızlar ansamblının yaradıcısı, tarzən, Xalq artisti Ceyran Haşımova arasında mübahisə yaşanıb.   Viral.az xəbər verir ki, buna səbəb dillərdə əzbər “Daşlı qala” mahnısı olub.  Bəstənin ilə bağlı “Bir mahnının tarixçəsi” verilişi araşdırma aparıb.  Həmin proqrama müsahibə verən N.Musayev iddia edib ki, sözügedən bəstəni ilk olaraq o ifa edib: “Bu “Daşlı…

Ətraflı

Külək əsəcək, yağış yağacaq – Sabahın HAVASI

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər mülayimləşəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi…

Ətraflı

COP29 zolaqlarından hansı nəqliyyat vasitələri istifadə edə biləcək?

“Yollardakı COP29 zolaqlarının avtobus zolaqlarından nə status baxımından, nə də hansısa digər meyarlara görə fərqi yoxdur. Bu zolaqlardan istifadə zamanı tətbiq olunan qaydalar COP29 zolaqlarına da aiddir”. Viral.az xəbər verir ki, bu sözləri COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat və Hava Yolları Əməliyyatları Departamentinin direktoru Orxan Mahmudlu jurnalistlərə deyib. O qeyd edib ki, müxtəlif ölkələrin liderlərinin…

Ətraflı

Qəbələdə iki nəfərin qətlə yetirilməsinin – TƏFƏRRÜATI

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb. Viral.az xəbər verir ki, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib. İlkin məlumata görə, G.Məmmədəliyevanın oğlunun başqa şəxsə pul borcu olub. Məsələyə onun tanışı 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov da qarışıb…

Ətraflı