İsrailda növbəti hərbi səfərbərlik elan EDİLDİ

İsrail ordusu ehtiyatda olan hərbçilərdən ibarət 4 hərbi briqadaların formalaşdırılması məqsədilə növbəti hərbi səfərbərlik elan edib. Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həmin birləşmələr Şimal sərhədləri istiqamətində operativ tapşırıqların yerinə yetirilməsinə cəlb olunacaq.

Ətraflı

Ərdoğan Netanyahunu Hitlerə BƏNZƏTDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 28-ci Dövrün 3-cü Qanunvericilik İlinin Açılış Toplantısında iştirak edib. Viral.az yerli mediaya istinadla xəbər verir ki, Ərdoğan çıxışında İsrailə xəbərdarlıq edib: “Netanyahu adlı bir Hitlerin hakimiyyəti altında olan İsrail dövləti son 51 həftə ərzində ehtiyatsızlıqdan bəşəriyyətə qarşı bütün cinayətləri törədib. İnsanlığa qarşı törədilə bilən bütün cinayətlər,…

Ətraflı

Nöqsanlara yol verən müdir müavini işdən ÇIXARILDI

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı vəzifəsindən uzaqlaşdırılıb. Viral.az xəbər verir ki, o artıq bir neçə gündür bu vəzifəni icra etmir. Əldə etdiyimiz məlumata görə, o işində verdiyi nöqsanlara görə çıxarılıb. N.Babanlının vəzifəsindən azad edilməsini sözügedən regional təhsil idarəsindən təsdiqləyiblər. Amma səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, Nizaməddin Babanlı Azərbaycan Dövlət Neft və…

Ətraflı

Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq

Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər. Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib. Onun sözlərinə görə, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq. Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır”. Türkiyə lideri həmçinin söyləyib ki,…

Ətraflı

Nazir onlara yeni vəzifə verdi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yeni təyinatlar olub.  Viral.az-ın modern.az-a istinadla məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev əmr imzalayıb. Məlumata görə, Məmmədova Mətanət Nəbi qızı  və Allahverdiyev Elbrus İsa oğlu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunublar.  Qeyd edək ki, Mətanət Məmmədova təyinatına qədər Əmək…

Ətraflı

Prezident yeni fərman İMZALADI

“Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib. Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Dəyişikliyə əsasən, Nizamnamənin 2.1-ci bəndinə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilib. Sözügedən bənd Fondun fəaliyyətinin məqsədini izah edir. Belə ki, Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin…

Ətraflı

Sabah Bakının bu ərazisində qaz OLMAYACAQ

Sabah ( 02.10.2024-cü il tarixində) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Azəriqaz”dan Viral.az-a verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur. Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin…

Ətraflı

Həbsdəki oğluna telefon gətirən qadının əməli ifşa EDİLDİ

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Viral.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb. Bildirilib ki, məhkum Elnur Vahid oğlu Salahovla görüşə gəlmiş anasının gətirdiyi sovqata baxış keçirilən zaman şirniyyat qutularının arasında xüsusi üsulla gizlədilmiş 1 ədəd işlək vəziyyətdə…

Ətraflı

İş yerinizdə bu şərait yoxdursa çıxın, yoxsa… – HƏKİM HƏYƏCAN TƏBİLİ ÇALDI

Kinesioloqun (insan hərəkətini, performansını və funksiyasını öyrənən həkim) xəstələrinin çoxu ofis işçiləri olur. Boyun, baş və müxtəlif oynaqlarda ağrı bəzən uzun illər yazı masasında səhv oturduqdan sonra özünü biruzə verir. Viral.az xəbər verir ki, bunu “MK”nın canlı efirində şiroterapevt və osteopat Alexander Rataev deyib. Həkim kompüterdə işləyərkən nələrə diqqət etməli olduğumuza da aydınlıq gətirib. “Düzgün…

Ətraflı

“Hizbullah” liderinin vəsiyyəti TAPILDI

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində öldürülən “Hizbullah” şiə hərəkatının lideri Həsən Nəsrullahın vəsiyyəti ortaya çıxıb. Viral.az xəbər verir ki, məlumatı İran KİV-ləri yayıb. Qeyd edilir ki, Nəsrullahın şiələrə xitab edərək yazdığı vəsiyyət belədir: ”Bismillahir-Rəhmanir-Rəhim. Dünya və axirət xeyirinə vəsiyyət edirəm ki, İmam Xameneinin (onun kölgəsi davam etsin) liderliyinə inancınızın güclü və sağlam olmasını sizə vəsiyyət…

Ətraflı

Pakistanla sərhəddə gərginlik: SEPAH komandiri ÖLDÜRÜLDÜ

İranın Pakistan sərhəd Sistan-Bəlucistan əyalətində silahlı insident baş verib. Viral.az xəbər verir ki, naməlum şəxslər İran hərbçiləri və ətrafdakı insanları atəşə tutublar. Bənt şəhərində baş verən olayda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Pərviz Kadxodayi və şəhər şurasının rəhbəri Yusif Şirani də daxil olmaqla 5 nəfər ölüb. Daha 2 nəfər ağır yaralanıb.

Ətraflı

Vidadi İsgəndərli vəfat ETDİ

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib. Viral.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat verib. O bildirib ki, 2 gün əvvəl yaşadığı evdə bıçaqlı hücuma məruz qalan V.İsgəndərli xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, sentyabrın 29-u Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Ona çoxsaylı bıçaq…

Ətraflı

Külək güclənəcək – XƏBƏRDARLIQ

Oktyabrın 2-3-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ətraflı

Ucarda DƏHŞƏTLİ QƏZA: Sürücü diri-diri yandı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Viral.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol…

Ətraflı

Parlamentdə yeni komissiya yaradıldı – ÜZVLƏR

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarını təsdiq edib. Viral.az həmin qərarı təqdim edir: Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 42-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. Azərbaycan Respublikası…

Ətraflı

Əməkhaqqı və pensiya artımı ilə bağlı təkliflər HAZIRLANDI

“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək. Artıq minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb”. Viral.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin…

Ətraflı

Bu icra başçıları yola salınır

Son illər Azərbaycanda bir çox sahələrdə ciddi islahatlar aparılmaqda davam edir. İslahatlar çərçivəsində kadrların cavanlaşdırılması və daha peşəkar şəxslərə həvalə olunması da nəzərə çarpır. İslahatların davam etdiyi bir vaxtda hazırda vəzifədə olan və pensiya yaşını keçən icra başçıları var. Viral.az Azərbaycanda yüksək vəzifədə işləyən 70 yaş və yuxarı ən yaşlı İcra başçılarının siyahısını təqdim edir:…

Ətraflı

Türyançay Sol Sahil kanalı yenidən qurulur

Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində  ardıcıl tədbirlər görülür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü…

Ətraflı

Saxta xəstəlik diaqnozu yazan leytenanta ağır CƏZA

N saylı hərbi hissənin tibb xidməti leytenantı Nəcəf Nəcəfli ilə bağlı qərar dəyişilib.  Viral.az xəbər verir ki, leytenant işlədiyi hərbi hissədə hərbçilərdən tibb kitabçalarına saxta xəstəlik diaqnozları yazması üçün müxtəlif məbləğdə pullar alıb. Hərbi Prokurorluğun araşdırması nəticəsində Nəcəflinin cinayətinin üstü açılıb. O, külli miqdarda rüşvət alma maddəsi ilə hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi şahidlərin…

Ətraflı