Həkim əməliyyatda səhvə yol verdi – Qadın hər 2 ayağını itirdi

Masallı Rayon Məhkəməsində “Bioloji Təbabət” klinikasının bu rayondakı filialının cərrahı Qəhrəman Aydın barəsindəki cinayət işinə baxılıb. Viral.az “qafqazinfo”ya istinadla xəbər verir ki, 35 yaşlı neyrocərrah Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq-vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə təqsirləndirilib. Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü…

Ətraflı

Türkiyə hərbçiləri çox sayda PKK-çını MƏHV ETDİ

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində yeni əməliyyat keçirib. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 12 üzvü öldürülüb. Bildirilib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi əzm və qətiyyərlə davam edəcək.

Ətraflı

Dünyada artan təhdid və çağırışlar…

“Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”. Viral.az xəbər…

Ətraflı

İlham Əliyev Astanada görüşdə çıxış etdi – FOTO

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Viral.az xəbər verir ki, Azərbaycan Prezidenti tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Hörmətli Kasım-Jomart Kemeleviç. Hörmətli dövlət başçıları. Əziz dostlar. İlk növbədə, Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə…

Ətraflı

İranda təyyarə qəzası – ölən və yaralanan var

İranda təlim təyyarəsi qəzaya uğrayıb, ölən və yaralanan var. Viral.az yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Əlborz əyalətinin Nəzərabad şəhərində, Salehiyə bataqlığı yaxınlığında baş verib. Məlumata görə, qəza nəticəsində təlim keçən tələbə həlak olub. Təyyarənin pilotu yaralansa da, vəziyyəti ağır qiymətləndirilir. O, dərhal xəstəxanaya aparılıb. Qəzanın dəqiq səbəbləri hələlik bəlli…

Ətraflı

Sumqayıtda gənc qadın öldürüldü – qaynı saxlanıldı

Saumqayıtda qardaşı arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Viral.az-a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən…

Ətraflı

Kəmaləddin Heydərov onu rəis müavini təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. Viral.az “qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub. Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib….

Ətraflı

İxtisas seçimi ilə bağlı DİM-dən AÇIQLAMA

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Viral.az-a bildirilib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 9-dan 19-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi…

Ətraflı

İlham Əliyev Özbəkistan Prezidenti təltif olunması mərasimində iştirak etdi

Avqustun 9-da Astanada Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə “Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı”nın təntənəli təqdim edilməsi mərasimi keçirilib. Viral.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.

Ətraflı

İsrail Xan-Yunis əməliyyatına başladığını elan etdi

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsində terrorçuların olduğunu göstərən kəşfiyyat məlumatlarını aldıqdan sonra əməliyyata başlayıblar. Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat verib. “Qoşunlar həm yerüstü, həm də yeraltı döyüş əməliyyatları aparır, sursat və terror obyektləri aşkar edilərək məhv edilir”, – deyə məlumatda bildirilib. Bundan əlavə, qeyd edilib ki, İsrail…

Ətraflı

Naxçıvanda ər arvadını baltaladı

Şərur rayonunda ər arvadına balta ilə xəsarət yetirib. Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çomaxtur kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Elçin Qasım oğlu həyat yoldaşı 1976-cı il təvəllüdlü Qasımova Məharət Allahverdi qızına balta ilə xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan M.Qasımova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla…

Ətraflı

Nazirlik müsabiqə nəticələrini AÇIQLADI

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub. Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə ümumilikdə 1 636 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 229 layihə (14%) daha çoxdur. Daxil olan layihələrin 92-si ümumi təhsil müəssisələrinin, 1 544-ü isə təhsilverənlərin fərdi layihələridir. Qrant müsabiqəsinə daxil…

Ətraflı

Yol polisi bu sürücüləri avtomobil idarə etməkdən çəkinməyə ÇAĞIRDI

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində problem olan sürücüləri müraciət edib. İdarədən Viral.az-a verilən məlumata görə, müraciətdə deyilir: “İsti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq biruzə verir. Lakin təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti…

Ətraflı

Bakının mərkəzi küçəsi təmir olunur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlərin icrası davam edir. Viral.az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri,Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) aparılır. Qeyd olunan hissədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.  “İnşaat Norma…

Ətraflı

İmran Xanın həbs müddəti yeni ittihamlarla uzadıldı

Pakistanın Fiskal Hesabat Məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibinin “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin hədiyyələrini mənimsəmək” ittihamı ilə həbs müddətini 11 gün uzadıb. Viral.az xəbər verir ki, “The Express Tribune” qəzetinin yazdığına görə, məhkəmə həbs müddətinin uzadılmasını “istintaqın başa çatdırılması zərurəti” ilə əsaslandırıb ki, buna mane olan səbəb həbs olunanların istintaqla əməkdaşlıq etmək…

Ətraflı

MSK sədrindən namizədin seçkiqabağı təşviqatdan əvvəl fəaliyyətə başlamasına REAKSİYA

MSK sədri bəzi namizədlərin seçkiqabağı təşviqatdan əvvəl fəaliyyətə başlaması ilə bağlı suala cavab verib. Viral.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, o sənədlə təqdim olunmayan məsələlərə münasibət bildirmək istəmir. “Onları göndərsinlər baxaq, araşdıraq, ondan sonra deyək qanun pozuntusu var yoxsa, yox”, – deyə o əlavə edib (trend). Xatırladaq…

Ətraflı