Məktəbli formaları ilə bağlı valideynlərə ÇAĞIRIŞ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlərə məktəbli formaları ilə bağlı çağırış edib. Viral.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, o bildirib ki, valideynlər məktəbli formaları ilə bağlı təhsil ocaqları ilə əlaqə saxlasınlar: “Xüsusilə,…

Ətraflı

Bu ixtisas üzrə qabiliyyət imtahanının nəticələri AÇIQLANDI

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Viral.az-a verilən məlumata görə, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 893 abituriyentdən 188 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 634 nəfər “məqbul” qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində…

Ətraflı

Vüsal Qasımlı özünə yeni müavin təyin ETDİ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı özünə yeni müavin təyin edib. Viral.az xəbər verir ki, bu, indiyə qədər onun müşaviri olan Ayaz Müseyibovdur. O, yeni vəzifəsində bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru təyin olunmuş Rəşad Hüseynovu əvəz edib. A.Müseyibov 1992-ci ildə Xaçmazda anadan olub, 2010-2014-cü…

Ətraflı

Fədayə Laçın 26 il əvvəl – Video

Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib.  Viral.az xəbər verir ki, ifaçı sosial şəbəkədə 26 il əvvəl Azərbaycan Televiziyasındakı çıxışı zamanı lentə alınan görüntülərini paylaşıb. O, videoya “AzTV – 1998-ci il. Kökəlmişəm, elə bilirlər ki, üz-gözümü şişirtmişəm. Mən elə yaranandan gözələm, belə də davam edirəm” sözlərini yazıb. // Axşam.az

Ətraflı

Parlament seçkiləri ilə əlaqədar seçicilərlə görüş yerlərinin siyahısı AÇIQLANDI

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb. Viral.az xəbər verir ki, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq ayrılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı dərc olunub.

Ətraflı

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq EDİLDİ

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Bu barədə Viral.az mərkəzdən məlumat verilib. Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.   Dalğanın hündürlüyünün isə 3.0-5.0 m.çatacağı proqnozlaşdırılır.

Ətraflı

Türkiyədə zavod yanır

Türkiyənin Bursa şəhərində yaxta zavodu yanır. Viral.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Məlumata görə, hadisə şəhərin Orxanqazi rayonundakı müəssisədə baş verib. Kimyəvi maddələrin olduğu depoda başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Ətraflı

Paris-2024-də komanda əməkdaşı qarət OLUNDU

İndoneziyanın badminton üzrə olimpiya komandasının əməkdaşı Arman Darmaci qarət olunub. Viral.az “Antara” nəşrinə istinadən xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı baş verib. Yığmanın menecerinə məxsus çanta bazar ertəsi avtomobildən oğurlanıb. Cinayətkarlar pul, kredit kartı və pasportu götürüblər. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Ətraflı

Alim Qasımovun ailəsində xoş gün – FOTO

Xalq artisti Alim Qasımovun nəvəsi Fatimənin sosial media hesabındakı paylaşımı maraq oyadıb. Viral.az axsam.az-a istinadən xəbər verir ki, o, ailəsi ilə fotosunu izləyiciləri ilə bölüşüb. Şəkildə Alim Qasımov, onun həyat yoldaşı Tamilla, qızı, Əməkdar artist Fərqanə Qasımova, Fatimənin həyat yoldaşı Ümid və nəvələri yer alıb. Onlar F.Qasımovanın ad gününü qeyd etmək üçün Qəbələdə bir araya…

Ətraflı

Türkiyədə güclü zəlzələ OLDU

Türkiyənin mərkəzi hissəsində 5,2 maqnitudada zəlzələ qeydə alınıb. Viral.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib. Məlumata görə, zəlzələnin episentri 29 min insanın yaşadığı Kazan şəhərindən 88,1 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.  

Ətraflı

Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza YARADIB

Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb. Viral.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazıb. Bildirilib ki, hərbi baza PKK terror qruplaşmasının “Kobani” olaraq adlandırdığı “Əyn Əl Ərəb” bölgəsində yerləşir. Hərbi bazada Rusiya ilə yanaşı, Suriya rejiminin hərbçiləri də xidmət edəcək. Mütəxəssislər atılan addımı Türkiyə üçün uyğun hesab edirlər. Bu, Suriya ilə normallaşma…

Ətraflı

Dörd idmançımız mübarizə aparacaq: Paris-2024

Bu gün Azərbaycanın daha üç idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Viral.az xəbər verir ki, onlardan ikisi güləşçi, biri isə taekvondoçudur. Yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Rafiq Hüseynov (87 kiloqram) 1/8 finalda, müvafiq olaraq, misirli Mohamed Elsayed və macarıstanlı David Loşontsi ilə üz-üzə gələcəklər. Taekvondoçu Qasım Maqomedov (58 kiloqram) da mübarizəyə 1/8 finaldan…

Ətraflı

Azərbaycan neftinin qiyməti ARTDI

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,1 ABŞ dolları, yaxud 0,1 % artaraq 79,83 ABŞ dolları təşkil edib. Viral.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 76,6 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki,…

Ətraflı

FHN çimərliklərə üz tutanlara müraciət ETDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Bu barədə Viral.az-a FHN-dən bildirilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli…

Ətraflı

İsrailə hücum olacağı təqdirdə bu ölkəni müdafiə edəcəyik

ABŞ İsrailə hücum olacağı təqdirdə bu ölkəni müdafiə edəcək, Vaşinqton bununla yanaşı bölgədəki gərginliyi azaltmaq üçün addımlar atacaq. Viral.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Biz həmişə İsraili terrorizmdən qoruyacağımızı açıq şəkildə bildirmişik. İsraili hücumlardan qoruyacağıq və bölgədəki bütün tərəfləri eskalasiya üçün atacaqları addımları…

Ətraflı

Sabiq prezident ölkəsini tərk edə bilməyəcək

Argentinanın keçmiş prezidenti Alberto Fernandesin ölkədən çıxışına qadağa qoyulub. Viral.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb. Bildirilib ki, keçmiş prezidentin Fabiola Yanesə qarşı ailədaxili zorakılıq iddialarına görə ölkədən çıxışına qadağa qoyub. Hakim keçmiş dövlət başçısına Yanesə yaxınlaşmağı da qadağan edib. 2019-2023-cü illərdə ölkəyə rəhbərlik etmiş Fernandes ona qarşı irəli sürülən ittihamları rədd…

Ətraflı

4 əsas yolda tıxac var 

Bakıda tıxac olan yolların adları açıqlanıb.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.   Hal-hazırda:    1. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;  2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;  3. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;  4….

Ətraflı

“Paris-2024”: 4 idmançımız mübarizəyə başlayır 

Bu gün Azərbaycanın daha dörd idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.   Viral.az xəbər verir ki, onlardan ikisi güləşçi, biri isə taekvondoçudur.   Yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Rafiq Hüseynov (87 kiloqram) 1/8 finalda, müvafiq olaraq, misirli Mohamed Elsayed və macarıstanlı David Loşontsi ilə üz-üzə gələcəkıər.   Taekvondoçu Qasım Maqomedov (58 kiloqram) da…

Ətraflı

Adanada ard-arda 3 zəlzələ – Nazir açıqlama verdi 

Türkiyənin Adana vilayətində ard-arda 3 zəlzələ qeydə alınıb.   Viral.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Kozan rayonunda baş verən zəlzələlər 4,6, 4,5 və 4 bal gücündə olub. Zəlzələlər 7-7.6 kilometr dərinlikdə baş verib.   Türkiyənin daxili İşlər Naziri Əli Yerlikaya indiyə qədər heç bir neqativ halla rastlaşmadıqlarını açıqlayıb.   “Adananın Kozan…

Ətraflı