Sürücülərin nəzərinə!

Hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşdırılacaq. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Ətraflı

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Viral.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad…

Ətraflı

Naxçıvana aviabilet almaq daha da asanlaşdı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün, oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imza tətbiq etməyə başlayıb. Bu yenilik sözügedən istiqamət üzrə aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır. Viral.az xəbər verir ki, AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız “SİMA İmza”…

Ətraflı

Sabah Sumqayıtda qaz OLMAYACAQ

Sabah Sumqayıtda 69 500 abonentin qaz təchizatı məhdudlaşdırılacaq. Bu barədə Viral.az-a  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, qazın verilişin dayandırılmasına səbəb Sumqayıt şəhərinin Qurddərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərinin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası ilə bağlıdır. Həmçinin Saray körpüsü ətrafında yeni çəkilmiş PE250mm-lik (Şəhər-4) yeraltı polietilen orta təzyiqli və Sumqayıt şəhəri…

Ətraflı

Nazirlikdə yeni TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Viral.az xəbər verir ki, sözügedən vəzifəyə Elgün Məhəmmədəlizadə təyin edilib. E.Məhəmmədəlizadə təyinatdan əvvəl “Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Bakalavr və magistr təhsilini BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə alıb. Almaniyanın Hamburq şəhərində…

Ətraflı

Əhmədbəyli-Füzuli-Şuşa yolu 1-ci oldu – VİDEO

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub.  Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib…

Ətraflı

Yağış yağacaq, şimşək çaxacaq – Sabahın HAVASI

Sabah gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti olacaq….

Ətraflı

Bakıda məktəbdə PARTLAYIŞ – Yaralanan var – FOTO

Bakıda orta məktəbdə qazanxanada partlayış olub. Viral.az APA -ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb. İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb. TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış…

Ətraflı

Agentliyin sədr müavinləri işdən ÇIXARILDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin iki sədr müavini vəzifələrindən azad edilib. Viral.az xəbər verir ki, sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadov işdən çıxarılıb. Agentlikdən məlumat saytımıza təsdiq ediblər. Bildirilib ki, hər iki şəxs başqa işə keçmələri səbəbi ilə öz ərizələri əsasında azad ediliblər. Qeyd edək ki, Cəmaləddin Quliyev sözügedən…

Ətraflı

Azərbaycanda əhalinin növbəti dəfə siyahıyaalınması bu tarixdə GÖZLƏNİLİR

Azərbaycanda əhalinin növbəti – dördüncü dəfə siyahıyaalınma prosesi 2029-cu ildə gözlənilir. Viral.az xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. “Bütün dünyada olduğu kimi Azərbaycanda da əhalinin siyahıya alınması hər il 10 ildən bir keçirilir”, – deyə məlumatda bildirilib. Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən…

Ətraflı

Bu yolda işıqforlar işləmir – Sürücülərin DİQQƏTİNƏ

Hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir. Viral.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, buna səbəb ərazidə elektrik təchizatının kəsilməsidir: “Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini…

Ətraflı

Bakıda yeni taksi duracaqları yaradıldı

Bakının Yasamal rayonunun Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.  Bildirilib ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərəcək.  Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və qayda pozuntusuna görə cərimə 40 manatdır.

Ətraflı

Bu tarixdə meteor yağışı OLACAQ

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq. Mənbəyi Əjdaha (Drakon) bürcündə olduğuna görə bu meteor yağışı Drakonidlər adlanır. Viral.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Bakıda Drakonid meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq. Qeyd edək ki, Drakonid saatda cəmi 10…

Ətraflı

Mina təhlükəsinə qarşı maariflənmə həyat qurtarır – VİDEO

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda mərhələli şəkildə bərpa olunan və ya yenidən tikilən yaşayış məntəqələrində bu günədək 8500-dən çox keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet…

Ətraflı

Qəbri dağılan aşıq Bakıda sazı sinəsinə basıb mahnı oxumalı idi?

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə həm də tənqidlərə yol açıb. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaradıldığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub. Viral.az xəbər verir ki, …

Ətraflı

Qaxda keçmiş məhkumun çürümüş meyiti TAPILDI

Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb. Viral.az xəbər verir ki, hadisə rayonun Qum kəndində baş verib. 1962-ci il təvəllüdlü Elman Əhmədiyyə oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti yaşadığı evdə tapılıb. Bildirilir ki, E.Yusifov əvvəllər əmlakı qəsdən məhvetməyə görə məhkumluq həyatı yaşayıb. O, azadlığa çıxdıqdan sonra tək yaşayırmış. Onun təxminən 8-10 gün əvvəl vəfat…

Ətraflı

Avtomobildən 20 min manatdan çox pul oğurlandı: SAXLANILAN VAR

Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində “KİA” markalı avtomobildən 20.875 manat oğurlanıb. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin ikinci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, orada işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı Y.İsazadə…

Ətraflı

Yaponiyada yeni baş nazir SEÇİLDİ

Yaponiyada hakim Liberal-Demokratik Partiyasının sədri Siqeru isiba ölkənin yeni Baş naziri seçilib.  Viral.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya parlamentində keçirilən səsvermə zamanı deputatların əksəriyyəti İsibanın lehinə səs verib. Bununla da, o, ölkəsinin sayca 102-ci baş naziri olub.  67 yaşlı siyasətçi yaxın saatlarda hökuməti formalaşdıracaq.

Ətraflı