Havanın temperaturu yüksələcək – XƏBƏRDARLIQ

Növbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38° isti, bəzi yerlərində 40° isti, dağlıq ərazilərdə 25-30° isti olacağı gözlənilir.

Ətraflı

Prezident fərman İMZALADI

Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi…

Ətraflı

“Qarabağ” növbəti mərhələyə keçərsə, bu komanda ilə qarışalacaq

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Viral.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə “Qarabağ” – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibinin də potensial rəqibi bilinib. “Qarabağ” – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi pley-offda Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək. Ağdam təmsilçisi “Lüdoqorets” səddini adlayarsa, pley-offda ilk oyununu səfərdə keçirəcək. Qeyd edək ki, pley-off görüşləri…

Ətraflı

Britaniyada iğtişaşlarda iştirak etdiyinə görə 420-dən çox adam saxlanılıb

Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 420-dən çox adam saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə “The Times“ qəzeti məlumat yayıb. Bir həftədir ki, ölkədə bəzi hallarda polislə toqquşmalara və talanlara çevrilən anti-immiqrant etiraz aksiyaları keçirilir. Onların başlanğıc nöqtəsi Sautport şəhərində üç uşağın öldürülməsi və hücum edənin şəxsiyyəti ilə bağlı sonrakı şayiələr idi. “The Times” qəzetinin yazdığına görə,…

Ətraflı

Banqladeşin Baş naziri istefa verib ölkədən qaçdı

Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə etirazlar fonunda istefa verib. Viral.az TASS-a istinadla xəbər verir ki, onun ölkəni tərk edərək Finlandiyaya qaçdığı bildirilir. Banqladeş ordusundan məlumatı təsdiqləyiblər. “Prothom Alo Daily” nəşrinin məlumatına görə, Şeyx Hasina hərbi helikopterlə Hindistana uçub. Xatırladaq ki, ölkədə həftələrdir davam edən etiraz və nümayişlər avqustun 4-ü “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının hakimiyyətlə əməkdaşlıqdan…

Ətraflı

Olimpiya çempionu Parisdəki şəraitsizliyə görə küçədə yatdı

İtaliyalı üzgüçü Tomas Çekkon Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından küçədə yatıb. Viral.az xəbər verir ki, onun parkda yatmasını səudiyyə ərəbistanlı avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb. Paris Olimpiadasında qızıl medal qazanan idmançı parkdakı skamyanın yanında dəsmal sərərək üzərində yatıb. Çekkon daha öncə Tokio-2020-də təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Fransa paytaxtındakı şəraitdən şikayət etmişdi. Xüsusilə,…

Ətraflı

DİN “Instagram” və “Telegram”da 148 səhifəni bağlatdırdı – iki nəfər həbs edildi

“Instagram” və “Telegram”da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib. Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram”…

Ətraflı

“Hizbullah” İsrail ordusunun qərargahına hücum etdi

Livanın “Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər. Viral.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib. “Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var”, – məlumatda qeyd olunub. Bildirilib ki, bu hücum…

Ətraflı

Əkiz qardaşlar imtahanda da eyni bal topladı – FOTO

Azərbaycanda əkiz qardaşlar qəbul imtahanlarında təxminən eyni bal toplayaraq ali məktəbə qəbul olublar. Viral.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Belə ki, əkiz qardaşlardan Tahir Qənizadə 657.1, Toğrul Qənizadə isə 656.1 bal toplayıb. Onların seçimi isə Bakı Ali Neft Məktəbinin Kompüter elmləri ixtisası olub. Əkiz qardaşların fotosunu təqdim edirik: // metbaut.az

Ətraflı

Elm və Təhsil Nazirliyi tələbə-məzun təcrübə proqramını elan ETDİ

Avqustun 5-dən Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına növbəti qeydiyyat prosesi elan edilir. Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramın məqsədi tələbə və yeni məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və…

Ətraflı

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Avqustun 6-da Abşeron çimərliklərində cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Ətraflı

Türkiyə kəşfiyyatı iki dəfə Haniyəyə qarşı sui-qəsdin qarşısını alıb, Tehran səfərində isə…

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə İrana səfərindən əvvəl sui-qəsd olunacağı barədə xəbərdarlıq edib. Viral.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, ailə üzvlərinin öldürülməsindən sonra Türkiyəyə gələn İ.Haniyə ilə bağlı şübhəli fəaliyyətlər aşkarlanıb. Beləliklə, MİT İ.Haniyə ilə bağlı ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib. Qeyd olunub ki,…

Ətraflı

Qalmaqallı açılışdan sonra Makron çılpaq kişilərlə kefdə…

Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında qalmaqallı açılış mərasimi ilə gündəm olan Fransanın indi də çılpaq şəkilləri yayılan prezidentinin müzakirəyə səbəb olan durumu şərh edilib. Viral.az xəbər verir ki, AzTV-də yayımlanan bu proqramda bütün reallıqları ilə olimpiadada diqqəti çəkən məqamlar təqdim olunub. Onu da qeyd edək ki, olimpiadanın açılış mərasimindən start götürən…

Ətraflı

Sabahın havası – 40° isti, leysan, dolu, külək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib….

Ətraflı

“AzInTelecom”a yeni mətbuat katibi təyin olundu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinə yeni rəhbər təyin edilib. Viral.az xəbər verir ki, bu vəzifə qurumun ictimaiyyətlə əlaqələr üzrə meneceri Amin Nəzərliyə həvalə olunub. O, bundan sonra “AzInTelecom”un media üzrə məsul şəxsi kimi fəaliyyət göstərəcək.

Ətraflı

Azərbaycanda sabiq deputat vəfat etdi (FOTO)

“Ərgünəs” nəşriyyatının direktoru, yazıçı-publisist və naşir Oktay Əliyev (Oktay Ərgünəş) vəfat edib. Viral.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, 78 yaşında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Oqtay Bəndalı oğlu Əliyev 1946-cı ildə Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. O, Pedaqoji İnstitutda və Tibb texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika…

Ətraflı

Sumqayıtda ana və övladı qidadan zəhərləndi

Sumqayıtda ana və azyazşlı övladı qidadan zəhərlənib. Viral.az xəbər verir ki, hadisə “Ceyranbatan bağları” adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Mərdanova Aişə Adil qızı və övladı, 2022- ci il təvəllüdlü Mərdanov Əli Səxavət oğlu yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıb. Ana və övladının…

Ətraflı

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ETDİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. Viral.az bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, əlavə təyin edilən qatarlar avqustun 7-də saat 09:15-də Bakıdan Ağstafaya, avqustun 8-də isə saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək. Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya…

Ətraflı

Xalq artisti ilə bağlı Üzücü xəbər

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir. Viral.az xəbər verir ki, bu barədə APA-ya aktyorun qızı məlumat verib. Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir. “Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil”, – qızı əlavə edib.

Ətraflı