Avqustun 5-dən Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına növbəti qeydiyyat prosesi elan edilir.
Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqramın məqsədi tələbə və yeni məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
Son Yazılar:
- İtkin düşən cütlüyün qalıqları 44 il sonra tapıldı
- Azərbaycanda zəlzələ oldu
- Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ
3 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar həmçinin onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər.
Proqramın Gəncə şəhəri və Şamaxı, Sabirabad, Salyan, Şəmkir rayonlarında da təşkili nəzərdə tutulub.
Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqrama müraciət edə bilərlər.
Əlavə sual və təkliflər üçün İ[email protected] ünvanına “Maarifçi tələbə-məzun proqramı” başlığı ilə elektron məktub ünvanlaya bilərsiniz.
Proqrama müraciət üçün linkə keçid etmək mümkündür: https://app.anket.edu.az/user/29