İtaliyalı üzgüçü Tomas Çekkon Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından küçədə yatıb.
Viral.az xəbər verir ki, onun parkda yatmasını səudiyyə ərəbistanlı avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb.
Paris Olimpiadasında qızıl medal qazanan idmançı parkdakı skamyanın yanında dəsmal sərərək üzərində yatıb.
Son Yazılar:
- Ermənistanın himni dəyişir: Onu da bizdən OĞURLADILAR
- Keçmiş Britaniya əsgəri İrana casusluqda təqsirli BİLİNDİ
- “iPhone” sevərləri sevindirəcək ŞAD XƏBƏR
Çekkon daha öncə Tokio-2020-də təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Fransa paytaxtındakı şəraitdən şikayət etmişdi. Xüsusilə, italiyalı isti havalarda otaqlarda kondisionerin olmamasını vurğulamışdı.
Qeyd edək ki, Tomas Paris-2024-də 100 m məsafəyə arxası üstə üzmə yarışında qızıl, eyni məsafəyə estafetdə bürünc medal qazanıb.