Banqladeşin Baş naziri istefa verib ölkədən qaçdı

Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə etirazlar fonunda istefa verib.

Viral.az TASS-a istinadla xəbər verir ki, onun ölkəni tərk edərək Finlandiyaya qaçdığı bildirilir.

Banqladeş ordusundan məlumatı təsdiqləyiblər.

Son Yazılar:

“Prothom Alo Daily” nəşrinin məlumatına görə, Şeyx Hasina hərbi helikopterlə Hindistana uçub.

Xatırladaq ki, ölkədə həftələrdir davam edən etiraz və nümayişlər avqustun 4-ü “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra daha da güclənərək iğtişaşlara çevrilib. Toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb.