Tramp və Harris bu tarixdə debat KEÇİRƏCƏK

ABŞ-nin keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris sentyabrın 4-də debat keçirəcək. Viral.az xəbər verir ki, bu barədə Tramp özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Keçmiş prezident bildirib ki, debatın keçirilməsi ilə bağlı “Fox News” telekanalı ilə razılaşıb. Onun sözlərinə görə, debat Pensilvaniya ştatında keçiriləcək. Debatın dəqiq yeri hələlik müəyyən edilməyib. Qeyd edək ki,…

Ətraflı

Aparıcı Kəmalə Piriyeva EVLƏNİR

Aparıcı-aktrisa Kəmalə Piriyeva paylaşımı ilə diqqət çəkib. Viral.az xəbər verir ki, fərqli tərzdə kamera qarşısına keçən sənətçinin şərhi maraqla qarşılanıb. O, fotolarına “Ərə gedirəm. Tezliklə” qeydini əlavə edib. İzləyicilərin çoxu bunun Piriyevanın yeni layihəsi olduğunu düşünsə də, bəziləri onun ailə quracağına işarə vurduğunu bildirib. 

Ətraflı

Binanın qarşısında ana və övladının meyiti AŞKARLANDI

Şirvanda yaşayış binasının qarşısında ana və övladının meyiti aşkarlanıb. Viral.az verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan ana və övladının cansız bədəni yaşayış binasının qarşısında aşkarlanıb. Onların hansı səbəbdən öldüyü hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Əhaliyə VACİB XƏBƏRDARLIQ – Bakının bu ərazisində söküntü işləri başlayacaq?

Bakının 2-ci Alatava adlanan ərazisində söküntü işləri aparıla bilər. Bu ərazi, şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir.  Xırdalan dairəsindən üzü 20 yanvar metro stansiyasına tərəf və əks istiqamətdə daim fasiləsiz-ağır tıxacın olması bu yola alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı bağlı prosesə start verilməsini prioritetə çevirib. Hazırda…

Ətraflı

İranın yüksək rütbəli hərbçiləri SAXLANILDI

İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı aparılan istintaq çərçivəsində 20-dən çox şəxs saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyatçılar və hərbçilər də var. Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb.

Ətraflı

“Azərişıq” elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir

Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC bütün regionlarda elektrik şəbəkəsini yeniləyir. Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri Kürdəmiri də əhatə edib.  Viral.az xəbər verir ki, Rayonun Axtaçı, Axtaçı Qarabucaq, Pirəköcə, Xəlsə, Qocalı və Hacımustafalı olmaqla 6 kəndində 0.4 və 10 kV-luq…

Ətraflı

Xəzərdə yanan gəmi SÖNDÜRÜLDÜ

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Məlumatda bildirib ki, nazirliyin əməkdaşları və texnikalarla həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb. Qeyd edək ki, təchizat gəmisində yanğın iyulun 31-də başlayıb.

Ətraflı

Bu bürcləri xoş sürpriz GÖZLƏYİR

Bu bürclər göyün yeddinci qatında olacaqlar. Astroloqlar bu həftə sonu çox xoş bir sürpriz ala biləcək iki bürcün adını çəkiblər.  Viral.az xəbər verir ki,, baş verən hər şeyə uşaq kimi sevinəcəklər. Şir Şir bürcü mövsümü başlayıb, bu isə o deməkdir ki, bu bürcün nümayəndələri ad günlərini qeyd etməyə başlayırlar. Buna görə də, yaxın bir neçə…

Ətraflı

Dilənçiliklə məşğul olanlar SAXLANILDI

Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Viral.az-a verilən məlumata görə, tədbir zamanı ümumilikdə 16 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib….

Ətraflı

Azərbaycan medal sıralamasında 18-ci pillədə QƏRARLAŞDI

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb. Viral.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam…

Ətraflı

Hakan Fidan Efiopiyaya rəsmi səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan Efiyopiyaya səfər edəcək. Viral.az xəbər verir ki, bu barədə Türkiyə XİN sosial media hesabından paylaşım edilib. Hakan Fidan Əddis-Əbəbədəki təmasları çərçivəsində Efiopiyanın baş naziri Abiy Əhməd Əli və Efiopiyanın xarici işlər naziri Taye Selassie ilə görüşəcək. Görüşlərdə Türkiyə-Efiopiya əlaqələri və regional məsələlər dəyərləndiriləcək.  

Ətraflı

ABŞ Yaxın Şərqə əlavə təyyarələr göndərir

ABŞ İran və onun Qəzza, Livan və Yəməndəki proksilərinin HƏMAS lideri İsmayıl Haniyənin qisasını almaq üçün yaxın günlərdə İsrailə hücum təhdidlərinə cavab olaraq, Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərməyə hazırlaşır. Viral.az xəbər verir ki, bu barədə “New York Times” adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri döyüş hazırlığını…

Ətraflı

Yeni virus yayılır- XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hipervirulent Klebsiella pneumoniae və ya Klebsiella kimi tanınan antibiotiklərə davamlı bakteriyanın bütün dünyada sürətlə yayılması barədə xəbərdarlıq ediblər. Viral.az xəbər verir ki, bu barədə ÜST-nin rəsmi saytında məlumat verilib. Klebsiella pnevmoniya, sidik yollarının infeksiyaları, meningit və digər ciddi xəstəliklərə səbəb olan patogen mikroorqanizmdir. Bakteriyanın hipervirulent ştammı daha böyük təhlükə yaradır,…

Ətraflı

İki tanış bir-birini BIÇAQLADI

Mingəçevirdə bıçaqlanma olub. Viral.az xəbər verir ki, avqustun 2-də saat 22 radələrində 40 yaşlı Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Ceyhun Mirzəyevi bıçaqlayıb. C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə F.Səmədov saxlanılıb, digər şəxs…

Ətraflı

DİM-ə müraciət etdi, topladığı bal maksimuma çatdırıldı

Qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzində appelyasiya müraciətlərinə baxılması prosesi davam edir.   Viral.az-ın məlumatına görə, apellyasiya komissiyasına müraciət edib müsbət cavab alan abituriyentlərdən biri də Ayxan Salmanovdur.   Onun müraciəti əsaslı hesab edilib və blok imtahanında topladığı nəticə 3.5 bal artırılaraq maksimal 400 bala çatdırılıb.   Ayxan Salmanov buraxılış imtahanında 297.5 bal toplayıb…

Ətraflı

Bu gün Parisdə 2 idmançımız və basketbol komandamız çıxış edəcək

Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.   Viral.az-ın məlumatına görə, ilk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək.   Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.   Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə…

Ətraflı

Dəhşətli qəzada ölən gənc tələbə imiş… – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Nazim Hüseynovun idarə etdiyi “Neoplan” markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb. Viral.az-ın məlumatına görə, qəzada həyatını…

Ətraflı

“Qisas” əməliyyatından iki il ötür – VİDEO

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən “Qisas” antiterror əməliyyatından iki il ötür.   Viral.az məlumat verir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilmiş Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat…

Ətraflı

Türkiyədə olimpiya çempionlarına qızıl sikkə veriləcək

Türkiyə mətbuatı “Paris-2024” Olimpiya Oyunlarının qaliblərinə ölkələrin verdiyi mükafatlar arasında paralellər aparıb.   Viral.az xəbər verir ki, Türkiyə yığmasından Olimpiadada qızıl medal qazanan idmançıların hər birinə rəsmi olaraq min ədəd Türkiyə Respublikasının qızıl sikkəsi veriləcək. Mükafatın ümumi bazar dəyəri 17,5 milyon türk lirəsi və ya təxminən 530 min ABŞ dollarıdır.   Gümüş Olimpiya medalı idmançıya ümumi…

Ətraflı

6.8 bal gücündə ZƏLZƏLƏ oldu 

Filippinin Mindano adası sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib.   Viral.az xəbər verir ki, bu barədə ABŞ Seysmoloji Mərkəzi (USGS) məlumat yayıb. Yeraltı təkanların episentri Barselona şəhərindən 20 kilometr uzaqda, Sakit okeanda, 17 kilometr dərinlikdə yerləşir.   Hadisə nəticəsində dağıntı baş verməyib, sunami təhlükəsi yoxdur.

Ətraflı

MİDA yaşayış kompleksində YANĞIN

Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada yanğın olub.   Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasındakı elektrik naqilləri yanıb.   Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.   Yanğın söndürülüb.

Ətraflı