10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
Bu barədə Viral.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir
Son Yazılar:
- Bakıda binada güclü yanğın söndürüldü – VİDEO
- Bayram günlərində hava belə olacaq
- Bakıda binada güclü yanğın başladı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı qurumun mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsi zəhərlənib.