Özəl bağçalara cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək

Özəl bağçalarda boş qalan yerlərə cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək. Viral.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib. Şöbə müdiri bildirib ki, layihə əsasında özəl bağçaların bir qisminin xərclərini dövlət ödəyəcək: “Müsabiqə ilə dövlət məktəbəqədər…

Ətraflı

Elcan Hacıyev ciddi zədə aldı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb. Viral.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı fransalı Nqayap Hambu ilə mübarizədə çiyni çıxıb və xəstəxanaya aparılıb. Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib (report).

Ətraflı

İngiltərədə etirazçılar və polis arasında qarşıdurma

İngiltərənin Sautport şəhərində etirazçılar və polis arasında qarşıdurma yaranıb. Viral.az “Sky News” kanalına istinadla xəbər verir ki, hadisə nəticəsində azı 50 polis əməkdaşı yaralanıb, onlardan 27-si xəstəxanaya aparılıb. Polis maşını etirazçılar tərəfindən yandırılıb. Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı əli bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq…

Ətraflı

Haniyənin ölümündən sonra İsraildə insanlara şirniyyat paylanılıb

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsraildə bəzi insanlar şirniyyat paylayıblar. Viral.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmçinin Qüdsdəki yəhudilər də Haniyənin şəhadəti münasibətilə insanları şirniyyata qonaq ediblər. Bununla bağlı videolarda insanların küçədə gedənlərə və avtomobil sürücülərinə yaxınlaşaraq əllərindəki şirniyyatları təqdim etdikləri kadrlar yer alıb (oxu.az).

Ətraflı

Cüdoçumuz uduzdu – YENİLƏNİB

Olimpiadaya 1/16 finaldan başlayan cüdoçumuz Elcan Hacıyev 1/8 final oyununa çıxıb. Viral.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda fransalı rəqibi Nqayap Hambu üz-üzə gəlib. Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb. *** 13:48 Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Viral.az xəbər verir ki, 90…

Ətraflı

COP29 könüllüləri paytaxtda aksiya keçirdi

İyulun 30-da COP29 könüllüləri Bakının mərkəzi ərazilərində əhalinin ekoloji fəallılığının artırılması və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirilməsi məqsədilə ekoloji aksiya keçiriblər. COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, “Yaşıl gələcək naminə toxum ək” şüarı daşıyan və ekoloji dayanıqlılıq və yaşıl həyat tərzinin təşviqinə yönəlik bu tədbirə 50 nəfər könüllü qatılaraq yerli sakinləri də…

Ətraflı

Hərbi Prokurorluqdan hərbçilərimizin həlak olması ilə bağlı AÇIQLAMA

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun- Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Viral.az-a Hərbi Prokurorluqdan məlumat verilib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika…

Ətraflı

Daha bir ölkədə Haniyənin ölümünə görə matəm elan edildi

Fələstin Prezidenti Mahmud Abbas Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar dövlət səviyyəsində matəm elan edib və bayraqların yarıya endirilməsini əmr edib. Viral.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb. Yayılan məlumatda bildirilir ki, matəm avqust ayının 1-dək davam edəcək. Xatırladaq ki, İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən…

Ətraflı

İsmayıl Haniyənin dəfn olunacağı yer məlum oldu

Tehranda öldürülən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi avqustun 2-də Qətərin paytaxtı Dohada keçiriləcək. Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb. Məlumata görə, vida mərasimi avqustun 1-də İranın paytaxtı Tehranda baş tutacaq. *** 12:07 Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi sabah Tehranda keçiriləcək. Viral.az…

Ətraflı

Azərbaycanda deputatlığa namizəd adam bıçaqladı

Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Viral.az “report”a istinadla xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb. Məlumata görə, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Cavadov Nazir Ağacavad oğluna bıçaqla xəsarət yetirib. Yaralı dərhal Sumqayıt şəhər Təcili…

Ətraflı

Şərqi Zəngəzurla bağlı məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək

Prezident İlham Əliyev “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Viral.az xəbər verir ki, sənədə əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisinə dair geoloji məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Ətraflı

Cüdoçumuz qələbə qazandı – Paris-2024

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Viral.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib. Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal…

Ətraflı

Prezident xüsusi təyinatlı təhsil müəssisələri ilə bağlı fərman İMZALADI

Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Fərmanla xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci əlavə edilib. Bundan əlavə, Milli Müdafiə Universitetinin Nizamnaməsinə də dəyişiklik olunub. Dəyişikliklə universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə…

Ətraflı

Prezidentdən Səfərbərlik Xidmətinin rəis müavini ilə bağlı FƏRMAN

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibinə dəyişiklik edilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. Dəyişikliklə Komissiyanın üzvləri siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini əlavə edilib.

Ətraflı

Azərbaycan avarçəkəni 3-cü oldu

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib. Viral.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub. Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb. Qeyd…

Ətraflı

Avqustun ilk günü hava belə OLACAQ

Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 31-dən avqustun 01-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu…

Ətraflı

Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm

“Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir”. Viral.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətli ilə bağlı “X” hesabında paylaşımında bildirib. “Dünən onun qalib əlini qaldırdım və bu gün…

Ətraflı