Daha bir ölkədə Haniyənin ölümünə görə matəm elan edildi

Fələstin Prezidenti Mahmud Abbas Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar dövlət səviyyəsində matəm elan edib və bayraqların yarıya endirilməsini əmr edib.

Viral.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Yayılan məlumatda bildirilir ki, matəm avqust ayının 1-dək davam edəcək.

Son Yazılar:

Xatırladaq ki, İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

Qeyd edək ki, İranda da Haniyənin ölümünə görə üçgünlük matəm elan edilib.