İsmayıl Haniyənin dəfn olunacağı yer məlum oldu

Tehranda öldürülən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi avqustun 2-də Qətərin paytaxtı Dohada keçiriləcək.

Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.

Məlumata görə, vida mərasimi avqustun 1-də İranın paytaxtı Tehranda baş tutacaq.

Son Yazılar:

***

12:07

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi sabah Tehranda keçiriləcək.

Viral.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.