Şimali Kiprin XİN başçısı azərbaycanlı şəhid övladlarını qəbul etdi

Şimali Kiprin xarici işlər naziri Tahsin Ertuğruloğlu bu gün azərbaycanlı şəhid övladlarını qəbul edib. Viral.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. O, görüş zamanı bildirib ki, Türk dünyası böyük bir ailədir. “Bu ailə üzvləri uzun illər bir-birindən ayrı qalmalı oldu. Amma indi addım-addım yenidən birləşirik”, – nazir vurğulayıb.

Ətraflı

8 Noyabr prospektinin bir hissəsi BAĞLANIR

İyulun 26-sı saat 00:00-dan iyulun 30-u saat 00:00-dək 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinədək)  aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.  “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş…

Ətraflı

Ermənistan Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib. Nazirlikdən Viral.az-a bildirilib ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı…

Ətraflı

Bu magistral yolda 5 gün hərəkət məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan iyulun 30-u saat 00:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir. “Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən…

Ətraflı

Dövlət qurumları Vüqar Səfərlinin əmlakları ilə bağlı sorğulara cavab verdi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərlinin əmlaklarının müsadirə edilməsi ilə bağlı növbəti məhkəmə çəkişməsi yekunlaşır. Viral.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində bu məsələ ilə bağlı qərar iclası keçiriləcək. Məlumat üçün deyək ki, xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilən Səfərlinin üzərinə həbs qoyulmuş bütün əmlakı müsadirə edilib. Bakı…

Ətraflı

Azərbaycanda bu məhsullar 2 manata qədər BAHALAŞACAQ

 “Elektron siqaret, qəlyan və onların əvəzedicilərini satanların marjasından asılı olaraq qiymətlər hər ədəddə 1.50- 2 manat arası arta bilər”. Viral.az xəbər verir ki, bunu  iqtisadçı Xalid Kərimli Azərbaycana gətirilən tütün və alkaqollu məhsulların bəziləri üçün aksiz dərəcələrinin artırılması haqqında danışarkən deyib. O, bildirib ki, bu məhsulların hər ədədi üçün aksiz vergisinin 0,25 manatdan 2 manata…

Ətraflı

“Ermənistan sülh sazişi ilə bağlı cavab təklifləri hazırlayır”

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır. Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. “Ermənistanın sülh sazişi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səsləndirilmiş və təqdim olunan fundamental müddəalara uyğun olaraq, mümkün qədər tez bir zamanda sazişi imzalamağa hazırdır”, –…

Ətraflı

Sürücülərin NƏZƏRİNƏ! – Bakının mərkəzi küçəsi 3 gün bağlı olacaq

26 iyul saat 00:00-dan 29 iyul saat 07:00-dək Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri…

Ətraflı

Bu ərazilərdən sel keçir – FAKTİKİ HAVA

İyulun 25-i saat 16:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Şəki, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Qax, Zərdab, İsmayllı, Oğuz, Qəbələ, Qusar, Quba, Xaçmaz, Qrız, Şahdağ, Şəmkir, Daşkəsən, Şabran, Altıağac, Gəncə, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib…

Ətraflı

Kamala Harris prezident seçkilərində iştirak edəcək

ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının namizədi kimi prezident seçkilərində iştirak edəcək. Viral.az xarici mediaya istinadən xəbər verir ki, o, seçki kampaniyasından ilk video paylaşıb. Xatırladaq ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden seçkilərdə iştirakdan imtina edib.  Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd eks-prezident Donald Trampdır. (redaktor.az)

Ətraflı

Qəzada xəsarət alan səkkiz nəfərin kimliyi BİLİNDİ

Ödənişli yolda avtomobil qəzası nəticəsində xəsarət alan səkkiz şəxsin kimliyi məlum olub. Viral.az xəbər verir ki, Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində, “Chery”, “Kia” və “Chevralet” markalı minik avtomobillərinin iştirakı ilə baş vermiş qəza nəticəsində Sumqayıt şəhər sakinləri- 2010-cu il təvəllüdlü Sərdarlı Aylin, 2006-cı il təvəllüdlü Əliyeva Məryəm, 2010-cu il təvəllüdlü Ömər Əli…

Ətraflı

Bankların sayının azalması bu sektorda rəqabət mühiti üçün yaxşı heç nə vəd etmir

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. Viral.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, əslində, bu, maraqlı məqamdır: “BOKT-ların bank olmaq arzusu ilə çarpışdığı bir…

Ətraflı

Ceyhun Bayramov gənc diplomatlarla görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş sayca ikinci müsabiqə prosesi nəticəsində Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlamış gənc diplomatlar ilə görüşüb. XİN-dən Viral.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov çoxmərhələli müsabiqə prosesini uğurla tamamlayaraq, diplomatik xidmət orqanlarında işə başlayan gənc diplomatları ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu…

Ətraflı

Polkovnik rektor təyin EDİLDİ

Heydər Əliyev adına Hərbi İnstituta rektor təyin edilib. Viral.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, polkovnik Ümidvar Quliyev İnstitun rektoru təyin edilib. Polkovnik Quliyev Vətən müharibəsində şücaət göstərən hərbçilərdəndir. O, müharibədən sonra “Qarabağ” ordeni ilə təltif edilib. Müdafiə Nazirliyində aparılan kadr islahatları ilə son vaxtlarda bir neçə Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə…

Ətraflı

Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin siyahısı TƏSDİQLƏNDİ

Xaricdə təhsilə dair Dövlət Proqramına 2024-2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub. Elm və Təhsil Nazirliyindən Viral.az-a verilən məlumata görə, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Seçilmiş…

Ətraflı

Polad Bülbüloğlunun seçkilərdə iştirakı təsdiqləndi

Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək arzusundan danışıb. Diplomat qeyd edib ki,  şuşalılar onu parlamentdə öz nümayəndəsi seçsələr, etimadı doğrultmaq üçün hər şeyi edəcək. Viral.az “modern.az”a istinadla xəbər verir ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.  124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib…

Ətraflı

DİM bu abituriyentlər üçün imtahan KEÇİRƏCƏK

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Viral.az-a verilən məlumata görə, 28 iyun – 18 iyul tarixlərində ali təhsil səviyyəsi üzrə Musiqi sənəti istiqamətinə aid ixtisas fənnindən qabiliyyət imtahanları keçirilib. İmtahanlarda iştirak etmək üçün instrumental ifaçılıq (alətlər üzrə), vokal sənəti (sahələr üzrə), musiqişünaslıq, dirijorluq, bəstəkarlıq, populyar musiqi və caz…

Ətraflı

Bu imtahanın nəticələri AÇIQLANDI

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib. Dövlət İmtahan Mərkəzindən Viral.az-a verilən məlumata görə, imtahanlarda iştirak etmiş abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsviri, həmçinin qiymətləndirmə meyarları ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Hərbi liseylərə qəbul imtahanında iştirakı…

Ətraflı

Partiya sədrinin qızı “Yüksəliş” müsabiqəsinin qalibi oldu — FOTO

Ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab edilən “Yüksəliş”in builki finalı 19-21 iyul tarixlərində baş tutub. Müsabiqənin final mərhələsində 118 namizəd iştirak edib. Viral.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun İnvestisiya Departamentinin Daşınmaz Əmlak Şöbəsinin baş məsləhətçisi Günel Elşad qızı Musayeva müsabiqəni uğurla başa vuraraq qalib adını qazanan 25 nəfərdən…

Ətraflı