Triatlonçuların məşqi yenidən ləğv edildi
Təşkilatçılar Paris Olimpiadasında qarışıq estafet ərəfəsində triatlonçular üçün bazar günü məşqini ləğv ediblər. Viral.az xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qərar Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən qəbul edilib. Qeyd edək ki, bundan əvvəl eyni səbəbə görə şənbə günü məşqi də ləğv edilib.