Azərbaycanda toy QANLA BİTDİ – Yaralı var

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Viral.az “report”a istinadən xəbər verir ki, Şəmkir rayonunda keçirilən toy mərasimlərinin birində mübahisə qanla bitib. Bu zaman qonaqlardan birinə bıçaqla xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb. Onun kimliyi və mübahisənin səbəbləri hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

28 yaşlı kişinin meyiti tapıldı 

Xaçmazda 28 yaşlı kişinin meyiti tapılıb.   Viral.az xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Namiq Məmmədovun cəsədi asılmış vəziyyətdə tapılıb.   Onun meyiti Xaçmaz rayon morquna gətirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.   Hazırda fakt araşdırılır. (Apa)

Ətraflı

“Çönən kimi meyiti gözümə sataşdı”

Qazaxda toy axşamında özünü asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub.   Viral.az xəbər verir ki, oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb.   O bildirib ki, oğlu toyuna dəm-dəsgahla hazırlaşırdı.   “Bağa getmişdim, dedim bəlkə traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı”, – mərhumun atası “Baku…

Ətraflı

“QAZ – 66” velosipedçini vurdu

Astara rayonunda “QAZ – 66” markalı yük maşını 14 yaşlı velosipedçini vurub.   Viral.az xəbər verir ki, hadisə Astara rayonunun Züngüləş kəndində baş verib. Hərəkətdə olan “QAZ – 66” markalı yük maşını velosipedlə hərəkətdə olan Ərçivan qəsəbə sakinini vurub. Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb….

Ətraflı

Xətaidə ev YANDI

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə, tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Viral.az-a verilən xəbərə görə, yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd kondisioner və bitişik sahəsi 20 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin…

Ətraflı

Bakıda mənzildə meyit TAPILDI

Bakıda mənzildə meyit aşkarlanıb.   Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.   “112” qaynar telefon xəttinə Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.   Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.   Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti…

Ətraflı

Prokurorluqdan metroda faciəvi halda ölən şəxslə bağlı AÇIQLAMA

Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır. Bu barədə Viral.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. “İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”, – prokurorluqdan bildirib. Qeyd edək ki, bu gün saat 13:08-də Respublika Təcili…

Ətraflı

Dəhşətli qəzada ağır yaralananlardan biri əsgər olub (VİDEO)

İsmayıllıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində iki qardaşdan birinin ölməsi və digərinin isə yaralanmasının təfərrüatı məlum olub. Viral.az xəbər verir ki, yaralananlardan biri olan 2005-ci il təvəllüdlü Nurlan Dəmirov Azər oğlu hərbi xidmətdən məzuniyyətə buraxılıbmış. Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ markalı minik avtomobili…

Ətraflı

Azərbaycanda evdə partlayış – Yaralılar var

Şəkidə fərdi yaşayış evində partlayış olub. Viral.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Baş Göynük kəndi ərazisində baş verib. Partlayış zamanı 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı xəsarət alıblar. Onlar 2-ci dərəcəli texniki yanıq diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Ətraflı

Metroda qatarların hərəkəti bərpa olunub

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.   Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.   Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq “Nərimanov” elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə təxminən 65-70 yaşlı kişidir.   ***…

Ətraflı

“28 May” stansiyasında qatar yoluna düşən sərnişin ölüb

Metronun “28 May” stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.   Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.   Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.   Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.   *** 13:26 Metronun “28 May” stansiyasında sərnişin stansiya yoluna düşüb.   Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən…

Ətraflı

Bakıda 18 yaşlı oğlanı maşın VURDU

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Viral.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Məmmədov Tunar Fariz oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Ətraflı

Qaradağda güclü külək avtomobili aşırdı – Yaralanan var

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Viral.az-ın məlumatına görə, rayonun Puta qəsəbəsində magistral yolda hərəkətdə olan avtomobil küləyin təsirindən idarəetməni itirərək aşıb. Hadisə zamanı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Cənnətov Dilqəm Qərib oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Restoranda qan töküldü

Naxçıvanda restoranda ofisiant işləyən qadın bıçaqlanıb.   Viral.az “report”a istinadən xəbər verir ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi çalışan Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Nərmin Musa qızı Quliyeva bıçaqlanıb.   Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta ağırdır.   İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub.  …

Ətraflı

Naxçıvanda qəza – Yaralı var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.   Viral.az xəbər verir ki, hadisə şəhərin "Atabəylər" küçəsində qeydə alınıb. 75 BC 601 dövlət nömrə nişanlı "Kia" markalı avtomobil velosipedlə hərəkət edən 2005-ci il təvəllüdlü İbrahimli Okan Hamlet oğlunu vurub. O Naxçıvan Muxtar Respublika Xəstəxanasının …

Ətraflı

Azərbaycanda müəllim QƏFİL ÖLDÜ – FOTO

Ordubad rayon Azadkənd tam orta məktəbinin müəllimi Validə Sevdimaliyeva qəfil vəfat edib. Viral.az  xəbər verir ki, bu barədə Ordubad Rayon Təhsil Şöbəsinin rəsmi feysbuk hesabında məlumat yayılıb. O, 58 yaşında dünyasını dəyişib. Bildirilib ki, 2002-ci ildən pedaqoji fəaliyyətə başlayan Validə Sevdimaliyeva ötən günədək həmin məktəbdə çalışıb.  

Ətraflı

Yeniyetmə suda boğuldu

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Viral.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Şükürov Mirhəsən Aftandil oğlu Uzuntəpə kəndində yerləşən su bəndində boğulub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı

İsmayıllıdan acı xəbər – ölü və yaralı var 

İsmayıllıda dəhşətli yol qəzası baş verib.   Viral.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda qeydə alınıb. Minik və yük avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.   Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.   Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Şəkidə DƏHŞƏT – Üç yaşlı uşağı it DİŞLƏDİ

Şəkidə üç yaşlı uşağı sahibsiz it dişləyib. Viral.az xəbər verir ki, hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib. 2021-ci il təvəllüdlü Elmir Elbəy oğlu Qədirlini küçədə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib. Valideynlərinin köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Elbəy Qədirliyə lazımi tibbi yardım göstərilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan…

Ətraflı

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü

Qazaxda dəhşətli intihar hadisəsi baş verib. Viral.az xəbər verir ki, “Qafqazonfo”nun məlumatına görə, Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov hələ ki bilinməyən səbəbdən özünü həyətlərindəki çardaxdan asıb. Dünən canına qıyan Əhlimanın bu gün toyu olacaqmış.  Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır

Ətraflı