-->
1717142840 diaspornews az sssssssssss c2i5ptmw0egxlq16oy7v 620x326

Tatarıstanda diasporumıza ağır itki üz verib

Uzun müddət Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayan İsfəndiyar Əhmədov mayın 29-da qəfldən vəfat edib. O, mayın 30-da Azərbaycanda dəfn olunub.   İsfəndiyar Əhmədovun ölümü şəhərin tikinti sənayesi üçün ciddi zərbə olub. Onun şirkəti layihə sənədlərinin aparıcı tərtibatçılarından biri hesab olunurdu. Əhmədovun yeganə təsisçisi olduğu “Kamstroyinvest” Tacikistan Respublikasının Dövlət Administrasiyasının sifarişlərini yerinə yetirib. Sonuncular arasında Razvitie sənaye parkı,…

Ətraflı
1717076091 bayraq 2

Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb

ABŞ-nin Çikaqo şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.   Şəhərin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində baş tutan bayraqqaldırma mərasimi Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə həyata keçirilib.   Hər il olduğu kimi bu il də Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.  …

Ətraflı
1717062540 oslo 3

Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib

Norveçin Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Deichman Björvika adlı kitabxanada Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafov və Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyində “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova ilə görüş keçirilib.   Oslo Azərbaycan Evi, NAYO və…

Ətraflı
1716980252 kanada parlament bayraq 5

Kanada parlamentinin önündə Azərbaycan bayrağı qaldırılıb

Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.   “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Evi, Ottava şəhərində yaşayan diaspor fəalları Nigar Əliyeva və Emin Qaranın birgə təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin deputatı Çandra Arya, Azərbaycanın və Türkiyənin Kanadadakı…

Ətraflı
1716971895 recayna 2

Kanadada Müstəqillik Günü Azərbaycan bayrağı qaldırıldı

Kanadanın Saskatçevan (Saskatchewan) vilayətinin paytaxtı Recayna (Regina) şəhərində “Recayna Siti Hol” (“Regina City Hall”) mərkəzinin önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.   Recayna Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə şəhərin meri Sandra Masters,  Qanunvericilik Məclisinin üzvləri Nikol Sarauer və Muhammad Fiaz, Jared Klark və yerli…

Ətraflı
1716969774 car musteqillik gunu 1

Diaspor fəalları CAR-da Müstəqillik Günü tədbirində çıxış ediblər

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) Səfirliyi Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul təşkil edib.   Paytaxt Pretoriyadakı Səfirlikdə keçirilən tədbirə 100-ə yaxın dövlətin diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Yohannesburq şəhərində yerləşən Yunus Əmrə İnstitutunun direktoru, elmi-akademik dairələrin, yerli medianın və ictimaiyyətin nümayəndələri, yerli müsəlman icmasının təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri qatılıblar.   Tədbirin…

Ətraflı
1716929996 img 20240529 wa0007

Moldavadakı Azərbaycan icması ilə görüş

Moldovanın paytaxtı Kişineu şəhərində bu ölkədəki Azərbaycan icması ilə görüş keçirilib. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Moldovadakı səfirliyinin nümayəndələri, Moldovadakı Azərbaycan icmasının üzvləri və ölkəmizə dost münasibəti bəsləyən diasporların təmsilçiləri iştirak edib.   Viral.az xəbər verir ki, tədbir Azərbaycan və Moldovanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycanın ərazi bütövlüyü və azadlığı…

Ətraflı
1716796598 ottava 28 may 13

Kanada parlamentində “28 May”la bayram tədbiri keçirilib

Azərbaycanın Müstəqillik Günü münasibətilə Ottavada Kanada parlamentində “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Ottavadakı “Qarabağ” Azərbaycan dili məktəbinin təsisçisi Nigar Əliyevanın birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.   Tədbirdə Kanada parlamentinin üzvləri Çandra Arya, Yasir Naqvi, Kanada Xarici işlər Nazirliyinin rəsmiləri, Azərbaycan diasporunun, o cümlədən Ottavada fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbi və Qızılbaş Qlobal…

Ətraflı