Kanadanın Saskatçevan (Saskatchewan) vilayətinin paytaxtı Recayna (Regina) şəhərində “Recayna Siti Hol” (“Regina City Hall”) mərkəzinin önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.
Recayna Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə şəhərin meri Sandra Masters, Qanunvericilik Məclisinin üzvləri Nikol Sarauer və Muhammad Fiaz, Jared Klark və yerli Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Tədbirdə çıxış edənlər Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan icmasının daim həmrəylik, sosial tərəqqi, insan haqları və demokratiyanın yanında olduğu bildirilib. Əyalətin mədəni müxtəlifliyinə töhfələr verdiklərinə görə soydaşlarımıza minnətdarlıq ifadə edilib.
Azərbaycan və Kanadanın dövlət himnlərinin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb. Rəsmi hissədən sonra Azərbaycanın Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ingilis dilində səsləndirilib, uşaqlar “Yallı” gedib və “Şuşanın dağları” musiqisinin sədaları altında rəqs ediblər.
Sonda tədbir iştirakçılarına milli mətbəximizin nümunələri təqdim olunub.
Qeyd edək ki, Saskatçevan vilayətində Azərbaycan bayrağı ilk dəfə olaraq ötən il müstəqilliyimizin 105-ci ildönümü münasibətilə qaldırılıb.