Türk dövlətlərinin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Mayın 28-də “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

 

Viral.az xəbə verir ki, məktəblilər əvvəlcə II Şəhidlər xiyabanını ziyarət edərək 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar.

Son Yazılar:

 

Qeyd edək ki, “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1 iyunda Şuşada keçiriləcək. Beynəlxalq uşaq yaradıcılıq festivalında türk dövlətlərinin bədii kollektivlərinin 200 nəfərdən artıq üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.