AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

 

Viral.az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul olunub.

 

AFFA U-14 Liqasında “Sabah”la səfər matçında təyin edilən vaxtda meydanda olmadığına görə “Masallı” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

AHFF-nin birinciliyinin V turunun “Ərkivan” – “Salyan 2018” oyunu təhlükəsizlik xidməti təyin edilmiş vaxtda gəlmədiyi üçün baş tutmayıb. Bu səbəbdən meydan sahibi komanda texniki məğlubiyyətlə cəzalandırılıb.