Naxçıvandakı mövqelərimiz növbəti dəfə atəşə tutuldu

İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.   Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib.   “Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda deyilir.

Ətraflı

Azərbaycanda Milli Qurtuluş Günüdür

15 iyun Azərbaycanda Milli Qurtuluş Günüdür.   Viral.az xatırladır ki, 30ə1 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edib.   Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü…

Ətraflı

Prezident yeni turizm kompleksinin açılışda – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.   Viral.az xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.   Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının…

Ətraflı

Ermənistan Naxçıvanı ATƏŞƏ TUTDU

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.   Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Ətraflı

Rusiya sülhməramlıları Xocalını TƏRK EDİR

Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Viral.az xəbər verir ki, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib. Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib….

Ətraflı

İlham Əliyev generalı rektor təyin etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna yeni rektor təyin edilib.   Viral.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.   Bu vəzifəyə Elçin Əli oğlu Məmmədov gətirilib.   Qeyd edək ki, o, bundan əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi olub. 22 may 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin…

Ətraflı

İtkin düşən hərbçimizin nəşi TAPILDI

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb.   Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.   Hazırda faktla bağlı araşdırma aparılır.

Ətraflı

Bakıda “bərk” isti olacaq – Bu TARİXLƏRDƏ

Bakıda və Abşeron yarımadasında havanın temperaturu bir qədər də yüksələcək. Viral.az-ın məlumatına görə, iyunun 16-sı və 17-si havanın hərarəti digər günlərə nisbətən 3-6 dərəcə isti olacaq. Belə ki, iyunun 16-sı gündüz 34, iyunun 17-si isə 36 dərəcə isti olacağı proqnozlaşdırılır. Müvafiq olaraq həmin günlər gecə saatlarında 24, 25 dərəcə isti olacaq.

Ətraflı

Sülhməramlıların Qarabağdan çıxması davam edir – GÖRÜNTÜLƏR

Rus sülhməramlıların Qarabağdan çıxması davam edir. Viral.az “Trend”ə istinadən xəbər verir ki, Goran dəmir yolu stansiyasında 50 yük platformasına 60 avtomobil, Bərdə dəmir yolu stansiyasında isə 8 platformaya 12 yanacaq çəni yüklənərək Rusiya istiqamətinə yola salınıb. Hazırda Goranda daha 67 avtomobil yüklənməyə hazırlanır. Qeyd edək ki, apreldə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin…

Ətraflı

DSX-nin iki hərbi qulluqçusunu İLDIRIM VURDU

Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib. Viral.az xəbər verir ki, bu barədə qurumun teleqram kanalında bildirilib. “İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər….

Ətraflı

Prezidentdən Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı AÇIQLAMA

Hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar, 12,7 kilometr dövlət sərhədi, demək olar ki, razılaşdırıldı. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib. Dövləti başçısı qeyd edib: “Azərbaycanın otuz ildən çox müddət ərzində işğal altında olmuş Qazax rayonunun…

Ətraflı

Millimiz Ermənistan yığmasını MƏĞLUB ETDİ

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.   Viral.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma Ermənistan komandasına qarşı keçirib. Görüş millimizin 21:9 hesablı qələbəsi ilə yekunlaşıb.   Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma ilk olaraq Bakı vaxtı ilə saat 16:10-da ev sahibi…

Ətraflı

Azərbaycanda yumurta BAHALAŞDI

Azərbaycanda yumurtanın yenidən bahalaşdığı müşahidə olunur. Belə ki, bir neçə gün bundan öncə marketlərdə 10-11 qəpiyə satılan kənd yumurtası bu gün 14 qəpiyə təklif edilir. Bəziləri bahalaşmanın səbəbini mövsümlə əlaqələndirirlər. Viral.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “iqtisadiyyat.az”a açıqlamasında bir yumurtanın maya dəyərinin təxminən 13-14 qəpik civarında olduğunu…

Ətraflı

Hərbçimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU 

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.   Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib.   “Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.   Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına…

Ətraflı

Azərbaycanda havanın isti keçməsinin səbəbi AÇIQLANDI

İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.   Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Viral.az-a bildirib ki, son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur. Belə ki, son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu…

Ətraflı

Tətil elan olundu – Bu tarixlərdə ardıcıl 5 gün iş olmayacaq 

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq. Viral.az bildirir ki, 15 iyun – Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və…

Ətraflı

Viral.az-ın 1 yaşı TAMAM OLDU

Bu gün Viral.az-ın fəaliyyətə başlamasından 1 il ötür. Biz gündəmi yaxından izləməyi, etibarlı və qərəzsiz xəbərlər təqdim etməyi özümüzə missiya bilmişik və bu yolda irəliləyəcəyik. Son bir ildə Viral.az ailəsi olaraq bir çox uğurlara imza atdıq. Biz daim oxucularımızın etimadını qazanmağa və onlara lazım olan məlumatları təqdim etməyə çalışmışıq. Bu nailiyyətlər sizin dəstəyiniz və marağınız…

Ətraflı