Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib.
Viral.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.