“Trampın siyasi səhnədən silinməsi, onun həyatına son qoyulması planı hər hansı xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə əsaslanır“
Viral.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov danışıb.
Onun sözlərinə görə, Donald Tramp öz prezidentliyi dövründə Şimali Koreya, İran və Çinə qarşı sərt müqavimət oxunun yaradılması planları və niyyətləri ilə yadda qalmışdı. Ona görə də istisna etmək olmaz ki, Trampın siyasi səhnədən birdəfəlik getməsini təmin etmək xarici xüsusi xidmət orqanlarının planlarının tərkib hissəsi olmasın.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
“Nəzərə almaq lazımdır ki, Tramp beynəlxalq siyasi konyunkturanın dəyişəcəyinə söz verir və verdiyi vədlərlə həm NATO sisteminin dağılmasını şərtləndirən tezislər irəli sürür, həm də Amerika Birləşmiş Ştatlarının maraqlarını fərqli məcraya yönəldəcəyini bəyan edir. Bu məsələdə beynəlxalq konyukturada ABŞ-nin müəyyən müttəfiqlərinin narahatlığına səbəb olur. Buna görə də birinci fikir üzərindən mövqeyimi bölüşərkən qeyd etməliyəm ki, sui qəsd planlamasında Xarici xüsusi xidmət orqanlarının rolundan danışarkən ABŞ-nin müttəfiqlərinin də burada müəyyən əməlinin olduğunu istisna etmək olmaz”.
Siyasi şərhçi vurğuladı ki, ABŞ-nin seçki yarışında Donald Trampın Cozef Baydeni əhəmiyyətli şəkildə geridə qoyması və ona məğlubiyyətin acısını seçkidən qabaq daddırması demokratlar daxilində kifayət qədər narahatlığa səbəb olur.
“Başqa bir məsələ ondan ibarətdir ki, Rusiya Donald Trampın seçilməsinin tərəfdarı kimi görünməkdədir. Çünki Donald Trampın verdiyi vədlər, Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı irəli sürdüyü tezislər onun gələcəkdə Rusiyadan güclü sövdələşmə imkanlarının bir göstəricisi kimi qeyd oluna bilər. Hərçənd Donald Tramp münaqişə necə bitirəcəyini də bildirmir. Sadəcə, vəd verir ki, o, Ukraynadakı silah səslərini susdura bilər. Rusiyanın Donald Trampın seçki kampaniyasına nə dərəcədə müdaxilə etdiyini hələ müəyyən etmək çətin deyil. Başqa bir yandan Rusiya faktoru üzərindən belə bir məsələ üzərində dayanmaq mümkündür ki, Rusiya yumşaq güc tətbiq etməklə Trampın reytinqinin daha da yüksəldilməsinə çalışır və nəticədə onun prezidentliyinin təmin olunmasını nümayiş etdirir.
Ən maraqlı məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampa qarşı həyata keçirilmiş sui-qəsd cəhdini pisləməsidir. Mümkündür ki, Azərbaycan siyasi proseslərdə, beynəlxalq siyasi konyukturada özünün maraqlarını, həm də Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkilərinin nəticələri ilə tutuşdurmaqdadır. İlham Əliyevin verdiyi mesajlar Amerika Birləşmiş Ştatlarının siyasi sistemində olan iflası və eyni zamanda Birləşmiş Ştatların xarici siyasətdə yürütdüyü nöqsanları göstərməyə imkan verir”.
Yusif EYVAZLI