ÜST dünyanı növbəti pandemiyaya hazır olmağa ÇAĞIRDI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-dən iyunun 1-dək Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası keçiriləcək.   Viral.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Assambleyası sessiyada 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını, diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol xəritəsini və iqlim dəyişikliyi şəraitində sağlamlığın…

Ətraflı

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır”

Göyçay Peşə Liseyinin həyətindən ərəb əlifbası ilə yazılan kağız parçalarında cadu aşkarlanıb. Viral.az xəbər verir ki, faktı təhsil ocağının işçiləri də təsdiqləyiblər. Belə ki, məsələ ilə bağlı Həmkarlar İttifaqının iclası keçirilib, hesabata 66 nəfər qol çəkərək nazirliyə göndərilib. Liseyin İstehsalat təlim ustası Qeys Əhmədovun sözlərinə görə, müəllimlərdən şübhələnirlər. O bildirib ki, təhsil ocağına daxil olarkən…

Ətraflı

Bakıda toz daha da artıb

Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında bir qədər də artım müşahidə edilib. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Saat 19 radələrinədək havada tozun miqdarı normadan 1,5-1,7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3,5 dəfə yüksək olması qeydə alınıb. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib…

Ətraflı

Ankarada Müstəqillik Günü qeyd olundu

Ankarada 28 may – Müstəqillik Günü və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.   Qardaş Türkiyədə Azərbaycana xüsusi münasibətin göstəricisi olaraq bayram tədbiri adətən mühüm dövlət tədbirlərinin keçirildiyi Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Konqres və Mədəniyyət Mərkəzində təşkil edilib. Müstəqilliyimiz…

Ətraflı

Bu ərazilərdə qaz KƏSİLƏCƏK

Qobustan və Xəzər rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Viral.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. “Qaz İxrac” İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin 279-cu km-də, “Yeni Binə” QPS-də giriş kollektorunun fləns birləşməsində aşkar olunmuş qaz sızmalarının ləğvi və “Zirə-Şimal DRES” magistral qaz kəmərində aparılacaq təmir işləri ilə bağlı…

Ətraflı

Vardanyan prinsipsiz biri olduğunu təsdiqləyib

İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Vardanyan olub.   Viral.az xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin…

Ətraflı

Tozlu hava nə vaxtadək davam edəcək?

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1,5-1,7 dəfə artıq müəyyən edilib.   Viral.az xəbər verir ki, bu barədə “Report”a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.   Onun sözlərinə görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.   “Tozlu hava şəraitinin sabah gündüz…

Ətraflı

Azad edilən kəndlərin bir addımlığında

Xəbər verdiyimiz kimi, mayın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması təmin edilib.   Viral.az xəbər verir ki, AZTV həmin ərazilərin bir addımlığından reportaj hazırlayıb.   Belə ki, 32 ildən sonra işğaldan azad edilmiş sözügedən 4 kəndin sakinləri ilə söhbət aparılıb, sevinclərinə şərik olunub.  …

Ətraflı

Çaylarda suyun səviyyəsi izlənilir – ETSN

Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb. Hazırda da Debed çayında sel davam edir.   Viral.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.   O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun…

Ətraflı

İrəvanda aksiya – Paşinyan istefa!

İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, “Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb. Viral.az news.am-a istinadən xəbər verir ki, mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər. Mitinq Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Ətraflı

Bu rayona yeni DYP rəisi təyin olundu

Yevlax şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub. Viral.az xəbər verir ki, daxili işlər nazirl general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Azad Məmmədov təyin edilib. A.Məmmədov bundan əvvəl Beyləqan şəhər Polis Şöbəsinin DYP Bölməsinin rəsi vəzifəsində çalışıb. Qeyd edək ki, Yevlax DYP Bölməsinin əvvəlki rəisi Fəqan Mehdiyev olub….

Ətraflı

Gürcüstanda azərbaycanlılar çətin vəziyyətdə – Kəndlərlə əlaqə kəsildi

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərə güclü yağış yağıb, Kvemo-Kartlinin 15-dən çox kəndi ilə əlaqə kəsilib.   Viral.az xəbər verir ki, bu barədə regionun dövlət prokuroru Georgi Doxturaşvili bildirib.   Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər nəticəsində əhalinin təxliyəsi mayın 26-na keçən gecədən başlayıb:   “Gecə boyu güclü yağış yağıb. Xüsusilə ağır nəticələr Marneuli, Tetritskaro, Bolnisi və…

Ətraflı

Tailand Kralından Azərbaycan liderinə TƏBRİK

Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevi təbrik edib.   Viral.az-ın xəbərinə görə, təbrikdə deyilir:   “Zati-aliləri.   Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.   Tailand ilə Azərbaycan arasında müxtəlif sahələrdə birgə fəaliyyətə əsaslanan, sürətlə inkişaf edən münasibətlər mövcuddur. İnanıram ki,…

Ətraflı

Malta Prezidentindən Müstəqillik Günü təbriki

Malta Prezidenti Miriam Spiteri Debono Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Viral.az xəbər verir ki, təbrikdə deyilir:   “Zati-aliləri.   Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.   Diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən bəri ölkələrimiz arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan davamlı…

Ətraflı

DİM vəkilliyə qəbul imtahanı keçirib

Mayın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda Vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib.   Viral.az xəbər verir ki, budəfəki imtahanda rekord sayda namizəd iştirak edib. DİM və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda iştirak üçün 600 nəfər vəkilliyə namizəd müraciət edib. Bu da elektronlaşdırılımış qaydada keçirilən test imtahanlarında ən…

Ətraflı

BMT modeli konfransları (MUN) ilə əlaqəli xüsusi əlaqələndirmə komitəsi yaradılacaq

“BMT modeli konfransları (MUN) ilə əlaqəli xüsusi əlaqələndirmə komitəsi yaradılacaq”. Viral.az xəbər verir ki, bununla bağlı Aymar Babayev “COP29” çərçivəsində keçirilən gənclərin beynəlxalq şəbəkələşmə konfransında bildirib. “Ölkəmizdə məkətblilər arasında BMT modeli (MUN) konfranslarına maraq getdikcə artır. Amma gördüyümüz statistikaya əsasən hər həftəsonu bu konfranslar fərqli məkanlarda keçirilir. Bəzi konfrans təşkilatçıları gənclərə bilik verməkdən imtina edərək…

Ətraflı

Cənubi Afrika lideri Azərbaycan Prezidentini təbrik etdi

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Viral.az xəbər verir ki, təbrikdə deyilir:   “Zati-aliləri.   Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.   Bu…

Ətraflı

Bu şəxslər pulsuz sanatoriya-kurorta göndəriləcək (VİDEO)

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edib. Viral.az xəbər verir ki, “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”na Loratadin (tablet), “Ürək damar sistemi üçün dərman vasitələri” sırasına Amlodipin+İndapamid+Perindopril (tablet), Ramipril (tablet) daxil edilib. Eyni zamanda…

Ətraflı