Azərbaycan Belarusu milli bayramı münasibətilə təbrik etdi

Azərbaycanın Minskdəki səfirliyi Belarusu Müstəqillik Günü münasibətilə təbrik edib.   Viral.az xəbər verir ki, təbrik diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.   “Belarusu milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Dost Belarusa əbədi sülh, firavanlıq və dinamik inkişaf arzulayırıq”, – o vurğulayıb.  

Ətraflı

Azərbaycanda dövlətə məxsus gəmi hərraca çıxarılacaq

Azərbaycanda dövlətə məxsus “Vixr” tipli gəmi hərraca çıxarılacaq.   Viral.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.   Məlumata görə, iyulun 23-də və 30-da Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.   Səhmdar cəmiyyətləri…

Ətraflı

Azərbaycanda 6 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb. Viral.az xəbər verir ki, hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 12 000 manat olan “Honda Accord” markalı minik avtomobili 15 520 manata satılıb. Özəlləşdirilən əmlakların siyahısı ilə //clck.ru/3BfL9T linki vasitəsilə tanış olmaq mümkündür.

Ətraflı

Sabah 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.   Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 754…

Ətraflı

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmə baş verib

İntensiv yağıntılar nəticəsində M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75.2-cü kilometrlik hissəsində (sağ tərəf) sürüşmə baş verib. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, nəticədə yolun sağ çiyin hissəsi 150 metr uzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb. Bundan başqa, yolun sol…

Ətraflı

YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri təyin edilib.   Viral.az-ın məlumatına görə bu barədə iclasda qərar qəbul edilib.   Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev olub. 

Ətraflı

Vahid tələbə kartı yaradılır – İctimai nəqliyyatda endirimlər ola bilər

27 iyun tarixində Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib. Bəs vahid tələbə kartı ilə tələbələrə hansı imtiyazlar…

Ətraflı

YAP-ın seçki komissiyasının iclaslarını bu şəxslə müşahidə edəcək 

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.   Viral.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.   Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi…

Ətraflı

YAP-ın deputatlığa namizədlər siyahısı nə vaxt elan olunacaq?

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısının təsdiqlənməsi məsələsinə yəqin ki, İdarə Heyətinin növbəti iclasında baxılacaq. Viral.az-ın məlumatına görə, bunu jurnalistlərə deputat, YAP İdarə Heyətinin üzvü Musa Quliyev bildirib: O qeyd edib ki,  partiyanın namizədlərinin irəli sürülməsi və namizədlərin siyahısının təsdiqlənməsi məsələsinə İdarə Heyətinin növbəti iclasında baxılacaq. “Namizədlərin siyahısına gəlincə, bu barədə hələlik ilkin məlumat…

Ətraflı

YAP seçkilərdəki səlahiyyətli nümayəndələrini təyin etdi

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.   Viral.az-ın məlumatına görə, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.   Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Ətraflı

Paşinyan veloyürüşü davam etdirir

“Bu gün 25 km sürmək qərarına gəldik, 26 km getdik. Yaşasın velosiped”. Viral.az xəbər verir ki, bunu sosial şəbəkədə Ermənistanın baş naziri Nikol Paşinyan yazıb. Baş nazir bugünkü velosiped yürüşündən yeni video yayıb. “Bu, sayca 7-ci velosiped yürüşü idi”, – o bildirib.

Ətraflı

Rayonlara leysan yağıb – Faktiki hava

İyulun 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, iyulun 3-ü saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb, Şahdağda intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 22…

Ətraflı

Taksi sürücülərinin nəzərinə: qiymətləndirmə 35 manat oldu

Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara…

Ətraflı

Daxili İşlər Nazirliyi təşəkkür etdi

“Azərbaycan Polisinin yaranmasının 106 illiyi və Polis Günü münasibətilə ayrı-ayrı nazirlik, komitə və şirkətlərdən, idarə və müəssisələrdən, ictimai təşkilatlardan, media nümayəndələrindən, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərindən, habelə bir çox ölkələrin müvafiq dövlət qurumlarından Daxili İşlər Nazirliyinə çoxsaylı təbriklər daxil olmuş, sosial şəbəkələrdə postlar yazılmışdır”. Viral.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bəyan…

Ətraflı

«Bolt» taksi sürücülərinə yeni maşın almaqda kömək edəcək

Azərbaycanda taksilərə yeni tələblər qoyulmasından sonra «Bolt» taksi şirkəti özünün Azərbacandakı bir neçə min sürücüsünə dəstək olmaq niyyətindədir. Viral.az xəbər verir ki, bu barədə “fed.az”a müsahibəsində «Bolt»un Azərbaycan üzrə meneceri Naim Əzizov məlumat verib. Onun sözlərinə görə, hazırda taksilərə yeni tələblərin qüvvəyə minməsindən sonra hazırda istifadə olunan avtomobillərin bir hissəsi tələblərə cavab verə və istifadə…

Ətraflı

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Bakıda ictimai nəqliyyatda gediş qiymətlərinin 25% bahalaşaraq, 50 qəpiyə qalxması müxtəlif ölkələrdə olan təcrübənin bu və ya digər formada tətbiqi məsələsini gündəmə gətirib. Viral.az axar.az-a istinadən bildirir ki, nümunələrdən biri Türkiyənin iri şəhərlərində tətbiq edilən modeldir. Belə ki, qardaş ölkədə, məsələn, İstanbulda bir tam gediş 17.7 lirədir. Tələbələr üçün bu məbləğ 8,64, müəllim və digər sənət…

Ətraflı

Ərdoğan Türkiyə millisini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin millisini Avstriya üzərində qələbə qazanaraq Avropa Çempionatının ¼ final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib. Viral.az xəbər verir ki, o, bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib. “Futbol üzrə Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn milli komandamızı ürəkdən təbrik edirəm. Bizim uşaqlara çempionluq yolunda uğurlar arzulayıram”- Türkiyə…

Ətraflı

Bu gün 34 dərəcə isti olacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.   Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° gündüz 28-33° olacaq. Atmosfer təzyiqi…

Ətraflı

İran səfirliyi Azərbaycana təşəkkür etdi 

“Azərbaycanda səfərdə olan və yaşayan İran vətəndaşlarına iyunun 28-də keçirilmiş prezident seçkilərində iştirak üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edirik”.   Viral.az xəbər verir ki, bu fikir İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda vurğulanıb. Qeyd olunub ki, İranda keçirilən prezident seçkilərinin birinci turunda seçicilər fəal iştirak ediblər.   “Səfirliklə əməkdaşlıq edərək iranlı seçicilərin seçkilərdə iştirakı üçün…

Ətraflı

Sabah bu ərazilərdə qaz KƏSİLƏCƏK

“Qaradəmirçi” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin, “Saatlı Əlillər evi” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin və paytaxtın Xətai rayonunda orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı 03.07.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə Viral.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə…

Ətraflı

Nəqliyyatdan pulsuz istifadə… – “BakıKart”ın adından dələduzluq edilir

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir. Viral.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat verilib. Bildirilib ki, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi…

Ətraflı