Narkotik alverçisi tutuldu 

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Ramin Cəfərov saxlanılıb.   Ona məxsus çantaya baxış zamanı 4 kiloqram 430 qram tiryək aşkar edilərək götürülüb.  …

Ətraflı

Bu gün imtahan var – 2500 nəfər…

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.   DİM-dən Viral.az-a bildirilib ki, imtahan vermək üçün BA qrupu üzrə 437, BB qrupu üzrə 2120 olmaqla ümumilikdə 2557 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri,…

Ətraflı

FHN qüvvələri su basmış ərazilərdə

Xəbər verildiyi kimi, intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.   Viral.az xəbər verir ki, bununla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə…

Ətraflı

Sahil zolağı tullantılardan təmizləndi – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 29-da Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.   Nazirliyin mətbuat xidmətindən Viral.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşlarının, Sabunçu Rayon İcra Hakimiyyətinin, eləcə də ekokönüllülərin iştirakı ilə keçirilən təmizlik aksiyası zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.  …

Ətraflı

Azərbaycanda bu kəndin sakinləri təxliyə EDİLİR

İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb. Bu barədə  Viral.az-a İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülməsi nəzərdə tutulur. Qeyd edək ki, bir neçə gündür intensiv yağışlar nəticəsində rayonun Qoydan kənd ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün…

Ətraflı

Adı siyahıya düşməyən seçici varsa, müraciət etsin

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.   Viral.az-ın məlumatına görə, bu barədə o, Komissiyanın bu gün keçirilən iclasında danışıb.   Məzahir Pənahov deyib ki, adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçici varsa, o, müraciət etsin.   MSK sədri qeyd edib ki, bu məsələ operativ şəkildə, qanunauyğun şəkildə həll ediləcək: “Biz çalışmalıyıq ki,…

Ətraflı

27 yaşlı oğlan itkin düşdü 

Xaçmaz rayonu ərazisində yaşayan 27 yaşlı Müseyibov Elşad İmran oğlu 2024-cü il iyunun 4-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.   Bu barədə Viral.az-a DİN-in mətbuat xidmətindən bildirilib.   Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və…

Ətraflı

Tbilisidən Azərbaycanla sərhədə qədər yeni YOL

Gürcüstanın paytaxtından Azərbaycanla sərhədə qədər yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir. Dördzolaqlı beton yolun tikintisi 2024-cü ildə başa çatdırılacaq.   Viral.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.   Bildirilib ki, yolun Tbilisi-Saqareco hissəsi Tbilisi və Kaxeti bölgəsini birləşdirən əsas…

Ətraflı

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.   Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.  …

Ətraflı

Avropalı müşahidəçilər seçkiyə dəvət ediləcək

Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu parlament seçkiləriinin uzunmüddətli müşahidəsi ilə əlaqədar dəvət edəcəyik. Səhv etmirəmsə, onlar yay dövründə uzunmüddətli müşahidə keçirmirlər.   Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.   MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu…

Ətraflı

Seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb

Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.   Viral.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.   Ekspert qrupuna MSK üzvləri Şaitdin Əliyev, Baxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova daxil ediliblər.   Bundan başqa, imza vərəqələrində,…

Ətraflı

Partiyalar seçkiyə maraq göstərir – MSK sədri

Hesab edirəm ki, siyasi partiyalar da seçkidə geniş iştirak edəcək.   Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.   MSK sədri bildirib ki, partiyalar seçkiyə maraq göstərir, bunu mətbuatdan izləyir: “Onlar üçün də yaddaş kitabçaları təqdim etmək lazımdır. İndiyə qədər bizə bununla bağlı hər…

Ətraflı

Prezident Belarusla bağlı protokolu təsdiqlədi

Bakı şəhərində 2024-cü il mayın 16-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilib.   Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.   Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata…

Ətraflı

Sabahın havası AÇIQLANDI

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi…

Ətraflı

Fermadan “Makarov” oğurlandı 

Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb.   Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib   Şəxsin üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. N.Vəliyev dindirmə zamanı qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib….

Ətraflı

Bu ərazilərə 3 gün yağış yağacaq

İyunun 29-dan iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli…

Ətraflı

FHN-dən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın bir sıra ərazilərində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, leysan xarakterli yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət…

Ətraflı

Azad edilən ərazilərdə çoxlu sayda silah-sursat tapıldı 

İyunun 22-28-də Xankəndi, Xocalı, Kəlbəcər və Laçında külli miqdarda silah-sursat aşkarlanıb.   Daxili İşlər Nazirliyindən Viral.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar…

Ətraflı

Maarif və mədəniyyət məbədində: o gündən bu günə…

Ustadımın ismini lap uşaq yaşlarımdan qabaqcıl maarif xadimi, uzun illər Qarabağda təhsilə rəhbərlik etmiş babamın dilindən eşitmişdim. Sonradan gələcək müəllimimi televiziya efirlərində görür, radio dalğalarında səsini eşidirdim. Bəzən də xeyli uzaqdan görərdim. Ancaq yaxınlaşmağa ya utanar, ya da ürək eləməzdim. Babam müsahibələrinin birində deyirdi ki, müəllim dərsə və ya auditoriyaya girəndə tərləyib çıxmalıdır. Sonralar bu…

Ətraflı

Çətənə yetişdirən qardaşlar saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nurlan Əliyev və qardaşı Dilavər saxlanılıblar.   DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Viral.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara keçirilən baxış zamanı N.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 45 kiloqram olan 128 ədəd çətənə kolu və…

Ətraflı

Azərbaycan-Rusiya Birgə Komissiyasının görüşü olub

Qusarda Azərbaycan və Rusiya arasında “Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 26-cı görüşü keçirilib.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.   Məlumata görə, görüş Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri,…

Ətraflı