ABŞ səfirliyi həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib

“Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk”. Viral.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi öz feysbuk səhifəsində paylaşım edib. “Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”, – paylaşımda bildirilib. Xatırladaq ki, bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin…

Ətraflı

Abşeronda xeyli silah-sursat tapıldı

Abşeron rayonunun Saray və Masazır qəsəbələri ərazisində xeyli silah-sursat tapılıb. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 32 ədəd 7×62 mm-lik mərmi, 180 ədəd 5×45 mm-lik mərmi, 8 ədəd 9 mm-lik…

Ətraflı

Natiq Cəfərli bu dairədən deputatlığa namizəd olmaq istəyir

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli də yaxın iki ayda gözlənilən növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyi düşünür. Viral.az-ın məlumatına görə, bu barədə onun özü bildirib: “Təbii ki, REAL Partiyası, şəxsən mən seçkilərdə aktiv iştirak edəcəyik, mənim 3 dəfə namizəd olduğum 12 saylı dairə kökündən dəyişdirilib, demək olar ki, ləğv…

Ətraflı

Daha iki müəllim sertifikasiyada 60 bal topladı

Müəllimlərin bu gen keçirilən sertifikasiya imtahanlarında daha iki nəfər maksimum nəticəyə imza atıb. Viral.az xəbər verir ki, Sumqayıt şəhər Təfəkkür liseyinin riyaziyyat müəllimi Leyla Babayeva sertifikasiya imtahanında 60 bal toplayıb. Abşeron rayonu Masazır qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Səyyad Canalıyev də 60 ballıq nəticə göstərib. Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat…

Ətraflı

Qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gəlib

Təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari tibbi müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq.   Viral.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.   O qeyd edib ki, hər il nikaha girmək istəyən 100-lərlə insanda təhlükəli xəstəliklər aşkar edilir.   “Onlar nikaha girsəydi, dünyaya…

Ətraflı

Prezident və birinci xanım Nəbatat Bağında görülən işlərlə tanış oldular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar. Viral.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verdi….

Ətraflı

Avtobus və velosiped zolağına çıxanların NƏZƏRİNƏ

Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda hərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyən edilir.    Viral.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.    Qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9,…

Ətraflı

Elektrik mühərrikli avtomobillər üçün enerji doldurma məqsədilə parklanma yerlərinə dair nişan müəyyənləşir

Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən ediləcək.   Viral.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.   Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla,…

Ətraflı

Vətən müharibəsindən bəri mina qurbanlarının ümumi sayı AÇIQLANDI

Mina təhlükəsi ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək vacibdir.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşımda qeyd olunub.   “Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir! Dünən və bu gün ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb….

Ətraflı

Müsadirə olunmuş narkotik vasitələr bir neçə komissiya tərəfindən məhv ediləcək

Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları bir neçə komissiya tərəfindən məhv ediləcək.   Viral.az-ın xəbərinə görə, bu, Milli Məclisin “bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.   Qanunda təklif edilən dəyişikliklər qanunsuz dövriyyədən…

Ətraflı

Nasaz kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə verənlər cərimələnəcək

Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə yeni cərimələr müəyyənləşir.   Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 338-1-ci maddədə əksini tapıb.   Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat…

Ətraflı

Sürücülük vəsiqəsi olmadan maşın idarə edən şəxs CƏRİMƏLƏNƏCƏK – MƏBLƏĞ

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılır.   Viral.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.   Təklif olunan dəyişikliyə əsasən, cərimənin məbləği 100 manatdan 200 manatadək artırılır.   Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh…

Ətraflı

Keçmiş məhkumun evində 4 kq narkotik aşkarlandı

Bərdədə 4 kiloqrama yaxın marixuana aşkarlanıb.   DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb. Onun üzərindən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə həmin şəxsin evinə də baxış keçirilib və oradan 4 kiloqrama yaxın…

Ətraflı

Bu torpaqların istifadəsi ilə bağlı yeni mexanizm yaradılır

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizmi yaradılır.   Viral.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Torpaq Məcəlləsində dəyişiklikdə əksini tapıb.   Belə ki, təklif olunan dəyişikliyə əsasən torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay…

Ətraflı

Müşahidə olunan qeyri-sabit havanın səbəbi açıqlandı

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin əsas səbəbi şimal-qərbdən ölkə ərazisinə daxil olan siklonik prosesdir.   Viral.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.   O bildirib ki, siklonun arxa hissəsində formalaşan atmosfer cəbhəsinin təsiri nəticəsində təhlükəli ildırım bulud sistemləri…

Ətraflı

Hərbi İdarəetmə İnstitutuna rektor vəzifəsinin icraçısı təyin edildi

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutuna rektor vəzifəsinin icraçısı təyin edilib.   Viral.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.   Əmrə əsasən, institutun rektoru vəzifəsinin icrası polkovnik Elnur Ələsgərliyə həvalə edilib.   Xatırladaq ki, əvvəlki rektor polkovnik Bəbir Quliyev isə hərbi xidmətdə olmağın son yaş həddi ilə bağlı ehtiyata buraxılıb.

Ətraflı

Liseydə 35 min manatlıq mənimsəməyə görə cinayət işi açıldı

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyində baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Viral.az xəbər verir ki, bu barədə Neftçala Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ilkin araşdırma zamanı həmin liseydə qeyri-qanuni sinif komplektinin yaradılması və məşğələlərin keçirilməməsi nəticəsində 35 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə…

Ətraflı

Seçki Məcəlləsinə dəyişiklik edilir

Şəxsiyyət vəsiqəsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir.   Viral.az xəbər verir ki, bu barədə məsələ Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.   Məlum olduğu kimi, 1 sentyabr 2018-ci ildən ölkədə yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir. Bununla əlaqədar “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilib,…

Ətraflı

Sabah hava necə OLACAQ? – Yağış, dolu…

İyunun 22-də Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz…

Ətraflı

Bayram günlərində 16 nəfər “yol terroru”nun qurbanı oldu

Azərbaycanda bayram günlərində baş verən qəzalarda ölənlərin sayı açıqlanıb.   Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib.   O bildirib ki, bayram günlərində 28 yol qəzası qeydə alınıb: “Baş verən qəzalarda 16 nəfər həyatını itirib, 23 nəfər xəsarət alıb”.

Ətraflı