Azərbaycanla Belarus arasında üç saziş imzalandı

Minskdə keçirilən Belarus-Azərbaycan biznes forumu çərçivəsində turizm, xarici sərgilərin birgə təşkili və “Azərbaycan Ticarət Evi”ndə satış üçün ayrı-ayrı məhsul növlərinin tədarükü sahələrində üç saziş imzalanıb.   Viral.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Ticarət-Sənaye Palatasının sədr müavini Denis Meleşkin bildirib.   “Biz milli sərgi operatoruyuq və hər il xarici ölkələrdə, o cümlədən Azərbaycanda 30-dan…

Ətraflı

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin 24-cü buraxılışı münasibətilə tədbir keçirilib.   Viral.az məlumatına görə, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə mərasimə hazırlıq barədə raport verib.   Səlahiyyətli nümayəndə kursantları salamlayıb.   Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi…

Ətraflı

Milli Müdafiə Universitetində oxumaq istəyənlərin nəzərinə!

Abituriyentlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi kolleclərə sənəd qəbulunun vaxtı 2024-cü il iyunun 14-dək uzadılıb.   Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat yayıb.   Sənəd qəbulu Cəmşid  Naxçıvanski adına Hərbi Liseydə həyata keçirilir. Ətraflı məlumat əldə etmək üçün mmu.edu.az saytına müraciət edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya…

Ətraflı

Bu şəxslərə daha yüksək pensiya təyin ediləcək

Vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən daha yüksək olan pensiya növü təyin ediləcək. Viral.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub. Eyni zamanda dəyişikliyə görə, müraciət əsasında növdəyişmə hüququ da saxlanılacaq…

Ətraflı

Bakının mərkəzi küçələrində avtobus zolaqları çəkilir

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir.   Viral.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.   Bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək xüsusi hərəkət zolaqlarının təşkilinə başlanılıb.   Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun…

Ətraflı

Nazirlikdə Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının nümayəndə heyəti ilə görüşdü

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) Baş direktoru Berik Arın ilə görüşüb.   Viral.az xəbər verir ki, nazir müavini İlhamə Qədimova Azərbaycanın regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olduğunu qeyd edib, iqtisadiyyatın şaxələndirilməsi ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin əsas hədəflərdən…

Ətraflı

Blinken İsrailə getməyə hazırlaşır

ABŞ dövlət katibi Entoni Blinken iyunun 10-da İsrailə səfər edəcək. Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Blinkenin səfərinin Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsin bərqərar edilməsi üzrə üç mərhələli razılaşmanın irəliləyişinə yönəlmiş səylər fonunda baş tutacağı bildirilir. Mayın 31-də ABŞ prezidenti Co Bayden üç mərhələdən ibarət yeni sülh sazişi layihəsinin şərtlərini açıqlayıb….

Ətraflı

Qərbi Azərbaycan Televiziyası Naftalanda – FOTO

Qərbi Azərbaycan Televiziyasının multimedia sektorunun rəhbəri yazıçı-publisist Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Miraslan Bəkirli Naftalanda ezamiyyədə olub.   Viral.az xəbər verir ki, ŞİH başçısı Vüqar Novruzov qonağı qəbul edib, görüşdə icra başçısı şəhərin turizm potensialından, o cümlədən burada vətən həsrəti ilə yaşayan Qərbi Azərbaycanlılardan söhbət açıb. Qeyd edib ki, möhtərəm Prezidentimiz cənab…

Ətraflı

Paşinyan velosipedə mədhiyyə dedi – FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yenidən özünün velosipedlə videosunu yayıb.  Viral.az xəbər verir ki, Paşinyan sosial şəbəkədəki videopaylaşımına bu sözləri yazıb:  “İlk velosiped yürüşümüz baş tutdu. Qoşulmaq istəyirsinizsə, adınızı, telefon nömrənizi [email protected] ünvanına yazın. Bu mövzuda digər qaydaları əvvəlki postda qeyd etmişdim. Velosiped həyatdır, velosiped optimizmdir, velosiped çətinlikləri və kədəri aradan qaldırmaq üçün…

Ətraflı

Bəhreynin Kralından İlham Əliyevə TƏBRİK

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Viral.az xəbər verir ki, məktubda deyilir:   “Zati-aliləri Prezident İlham Əliyev.   Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.   Sizə möhkəm cansağlığı…

Ətraflı

Xüsusi rabitə ilə təmin olunan şəxslərin siyahısında dəyişiklik

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib.   Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.   Fərmanla xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri çıxarılıb.

Ətraflı

Məzahir Pənahov Macarıstana gedir

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Macarıstanda seçkiləri müşahidə edəcək.   Bu barədə Viral.az-a MSK-dan məlumat verilib.   Bildirilib ki, Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvətinə əsasən gerçəkləşdirilən səfərin məqsədi iyunun 9-da bu ölkədə keçiriləcək Avropa Parlamenti, bələdiyyə və milli azlıqların seçkilərini müşahidə etməkdir.   Səfər proqramına uyğun olaraq, M.Pənahovun həmkarı A.Nagy…

Ətraflı

DİN-dən sosial şəbəkə ilə bağlı vətəndaşlara MÜRACİƏT

Daxili İşlər Nazirliyi vətəndaşlara internet resurslarında ayıq-sayıq olmaları ilə bağlı müraciət edib.   Viral.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, vətəndaşlar sosial şəbəkələrdə tanımadıqları, etibar etmədikləri səhifələrdən alış-veriş etməsin.   “Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank karlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu(3D secure) heç…

Ətraflı

Vahid Məhkəmə Portalının yeni versiyası istifadəyə veriləcək

İyulun 15-də Vahid Məhkəmə Portalının yeni versiyası istifadəyə veriləcək.   Viral.az xəbər verir ki, Vahid Məhkəmə Portalının yeni versiyasının istifadəyə verilməsi və onun tətbiqi ilə bağlı maraqlı tərəflərlə görüşlərin və təlimlərin keçirilməsi nəzərdə tutulur.   Qeyd edək ki, Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinin yekunlaşdırılması ilə əlaqədar mülki prosessual qanunvericilik üzrə müvafiq araşdırmanın…

Ətraflı

Əli Kərimlinin müavini sərbəst buraxıldı

Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.   Viral.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.   Qeyd olunub ki, onun barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.   *** 11:01 AXCP İdarə Heyətinin üzvü, partiya sədri Əli Kərimlinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən…

Ətraflı

Auditorun vəzifəsi artırılır

Milli Məclisin bu gün keçirilən iclasında “Auditor xidməti haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.   Viral.az xəbər verir ki, qanuna əsasən sərbəst auditorlar (auditor təşkilatları) sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamalıdırlar.   Hazırda üç halda məhkəmələrin tələbi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə əlaqədar və maliyyə bazarlarına nəzarət…

Ətraflı

Muxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev BMT-nin Azərbaycan nümayəndəliyi də daxil olmaqla BMT-nin İşçi Qrupu ilə görüşüb.   Viral.az xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.   Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və BMT-nin Ətraf…

Ətraflı

Ölkədə yeni rüsumlar müəyyən edilir

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir.   Viral.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.   Layihəyə əlavə edilməsi təklif edilən 22.0.40-cı maddəyə əsasən, döyüş təyinatlı hərbi…

Ətraflı

Bu şəxslərin Azərbaycan vətəndaşları ilə nikaha girməsinə icazə verilməyəcək

Ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşların tələb olunan tibbi müayinədən keçmələri üçün yeni prosedur müəyyənləşir.   Viral.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.   Mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq…

Ətraflı

Bu şəxslər 4 min manat məbləğində cərimələnəcək

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ilə normadan artıq yük daşıyanlar cərimələnəcək. Viral.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15…

Ətraflı

Nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir

İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.   Viral.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.   Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən…

Ətraflı