Vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən daha yüksək olan pensiya növü təyin ediləcək.
Viral.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.
Eyni zamanda dəyişikliyə görə, müraciət əsasında növdəyişmə hüququ da saxlanılacaq ki, vətəndaş ona proaktiv qaydada aparılmış yeni növ pensiya təyinatını istəməzsə, onun müraciətinə əsasən əvvəlki pensiya növünə geri qaytarıla bilsin.
Son Yazılar:
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
- Yaşlı qadın küçədə Zaura elə söz dedi ki…
- DİM bu şəxslər üçün müsabiqə elan ETDİ
Qanunun 22-1.5-ci maddəsinə təklif olunan dəyişiklik və əlavə olunan yeni – 34.1-1-ci maddə əlavə maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.