Emal olunmuş ətin həddindən artıq istehlakı və lif çatışmazlığı bağırsaq xərçəngi ehtimalını artırır.
Viral.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri qastroenteroloq Tatyana Qolovçanskaya “Qazeta.ru”-ya müsahibəsində deyib.
Həkim bildirib ki, təsir edilə bilməyən risk faktorları var: irsiyyət, yaşlılıq, akromeqaliya, kistik fibroz və ya iltihablı bağırsaq xəstəliklərinin olması.
Son Yazılar:
- Livan İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham EDİR
- Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə ÇATDI
- Bakıda Rumıniyanın Milli Günü ilə bağlı rəsmi qəbul KEÇİRİLİR
Onun sözlərinə görə, bağırsaq xərçəngi riski siqaret, alkoqol qəbulu və balanssız qidalanma ilə artır. Qolovçanskaya az emal olunmuş ət yeməyi və lif çatışmazlığından qaçmağı tövsiyə edib. Bunun üçün o, meyvə, tərəvəz, giləmeyvə və qoz-fındıqlardan ibarət pəhrizlə qidalanmağı tövsiyə edir.
Onkoloq və cərrah İvan Karasev bildirib ki, həkim olmadan da bağırsaq xərçəngindən şübhələnmək olar. Bu xəstəliyin əlamətləri arasında mütəxəssis nəcisdə qan, tez-tez şişkinlik, qusma və ürəkbulanma, göbək nahiyəsində ağrı, ishal və ya qəbizliyi qeyd ediB.
Həkimlərin fikrincə, sözügedən xəstəliyin yaranmasına təkcə siqaret və alkoqol yox, orqanizmə daxil olan akrolein də təsir edə bilər. Bu maddə isə elektrikli sobalarda yemək hazırlanması zamanı əmələ gəlir.