11 kiloqramdan çox narkotik vasitə aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 4-də ümumi çəkisi 11,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-ın verilən məlumata görə, narkotik vasitələr – 1,6 kiloqrama yaxın heroin, 9,6 kiloqramdan çox marixuana, 110 qram metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 64 çətənə kolu dövriyyədən çıxarılıb.   Bu istiqamətdə qətiyyətli mübarizə…

Ətraflı

Xırdabuynuzlu heyvanları oğurlayan qohumlar saxlanıldı

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Rəhimli kənd sakinləri gecə saatlarında onlara məxsus tövlələrdən xırdabuynuzlu heyvanların oğurlandığını bildiriblər.    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Viral.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və  qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xirdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini…

Ətraflı

İrandan Azərbaycana qanunsuz 17 ton yük gətirən avtomobil saxlanıldı

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq təsərrüfat malları yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi 99DK173/10ZG554 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsinin yol-nəqliyyat sənədində qeyd olunan 18 tona yaxın avtomobil ehtiyyat hissələrini İran ərazisində boşaltdığı və həmin yükün…

Ətraflı

Sumqayıtda iki qumbara tapıldı

Sumqayıtda 2 ədəd “F-1” markalı əl qumbarası aşkarlanıb.   Viral.az xəbər verir ki, hadisə 22-ci məhəllədə qeydə alınıb.   Məişət tullantılarının üzərindən 2 ədəd “F-1” markalı əl qumbarası aşkarlanıb. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.   Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Xüsusi şərtlərlə pensiya alanların sayı açıqlandı

2024-cü ilin may ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 143 500 nəfərdən çox olub.   Bu barədə Viral.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.   Bildirilib ki, onların 108 500 nəfərdən çoxu yaşa, 14 500 nəfərdən çoxu əlilliyə, 20 700 nəfərdən çoxu isə ailə başçısını itirməyə görə pensiya alıb.   Qeyd edək ki, 2024-cü ilin…

Ətraflı

Qurban bayramının namaz vaxtı AÇIQLANDI

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.   Viral.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq:   “Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər…

Ətraflı

Azərbaycan Avropanın enerji təchizatını yaşıl enerji və hidrogenlə şaxələndirə bilər

Xəzər dənizinin 157 GVt-lıq dəniz külək potensialından istifadə etməklə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması, ilkin mərhələdə 4 GVt yaşıl elektrik enerjisi və yaşıl qazın ixracı istiqamətində mühüm işlər görülür.   Viral.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.   O bildirib ki, bu layihə çərçivəsində tərəfdaş ölkələr…

Ətraflı

İtkin kimi axtarışda olan 11 nəfər tapıldı

İyunun 4-də polis itkin düşmüş kimi axtarışda olan 11 nəfəri tapılıb.   Viral.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.   Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 6-da Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 56 yaşlı kişi, mayın 15-də Quba rayonunun Timiryazev qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda…

Ətraflı

Şəkidə qadına qarşı 3300 dələduzluq

Şəkidə qadına qarşı dələduzluq edilib.   Viral.az-ın məlumatına görə, Şəki şəhər sakini olan qadın G. Abdurəhimovaya xarici nömrədən zəng gəlib. Ona zəng edən şəxs özünü bank işçisi kimi təqdim edib və guya kartına müdaxilə olduğunu bildirib.   Zərərçəkmiş kart məlumatlarını qarşı tərəfə ötürdükdən sonra balansında olan 3300 manat pul çıxarılıb.

Ətraflı

“Qaçqınkom” Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Gülüstan sarayında Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib.   Bu barədə Viral.az Dövlət Komitəsindən məlumat verilib.   Bildirilib ki, sərgidə məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Azərbaycanın tanınmış foto ustalarının…

Ətraflı

Daha 52 dövlət əmlakı ÖZƏLLƏŞDİRİLDİ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 obyekt, 47 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.   Viral.az-a quruma istinadən xəbər verir ki, özəlləşdirilən obyektlər Gəncə şəhərində, İmişli və Saatlı rayonlarında yerləşir.   Gəncədəki “Beton və məhlul istehsal edən sahə” alıcıların marağına səbəb olub. Belə ki, ilkin qiyməti 47 500…

Ətraflı

Nazirlik “Caspian House”un qapısını möhürlədi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Nazirlikdən Viral.az-a verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin…

Ətraflı

Keşiş bütün erməniləri 9 iyun mitinqinə çağırdı

İyunun 9-da saat 18:30-da İrəvandakı Respublika meydanında böyük mitinq keçirəcəyik. Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə etirazçıların lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib. “Bu mitinq, qeyd etdiyim kimi, bu müddət ərzində proqramımızın tamamlanmasına nail olmaq üçün çox mühüm mərhələdir, dayaq nöqtəsidir. Yaxın günlərdə görəcəyimiz işləri orada təqdim edəcəyəm”, – arxiyepiskop bildirib. “Biz heç…

Ətraflı

Elçin Sadıqovu hədələyən şəxs HƏBS EDİLDİ

Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.   Viral.az xəbər verir ki, bu barədə vəkil özü məlumat yayıb.    Vəkilin sözlərinə görə, ona qarşı xuliqanlıq edən şəxsin Arif Tağıyev olduğu müəyyən edilib. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.   Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Tağıyev inzibati qaydada…

Ətraflı

Əhalinin 78 faizi içməli su ilə təmin olunur

Son 20 ildə paytaxt və bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19,1 kubmetr olan 45 yeni su mənbəyi yaradılıb, Oğuz-Qəbələ-Bakı, Ceyranbatan, Şəmkirçay sutəmizləyici qurğuları, Külüllü mənbələri kimi böyük infrastruktur layihələri həyata keçirilib.   Viral.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 5 iyun – Su təsərrüfatı və…

Ətraflı

Göygöldə oğurluq edən şəxslər TUTULDU

Göygöl rayonunda oğurluq edən şəxslər tutulub.   Viral.az-ın məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayonun Üçtəpə kənd sakininin evindən ümumi dəyəri 1900 manat olan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nadir Əliyev və Anar Məmmədov saxlanılıb.   Araşdırmalar zamanı məlum olub ki, N.Əliyev sözügedən ərazidən daha bir vətəndaşa məxsus…

Ətraflı

BMT-də Müstəqillik günü qeyd edilib

İyunun 4-də BMT-nin Baş Qərargahında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.   Viral.az-ın məlumatına görə, BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Fransisin, BMT qurumlarının yüksək vəzifəli rəsmilərinin, üzv dövlətlərin səfirləri və diplomatlarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.   Tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək Azərbaycanın müstəqillik…

Ətraflı

UNEC 24 ixtisas üzrə təkrar ali təhsilə sənəd qəbulu elan edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Zaqatala filialı 2024/2025-ci tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir.   Viral.az xəbər verir ki, təkrar ali təhsilə sənədlərin qəbulu elektron qaydada portal.edu.az və kabinet.unec.edu.az üzərindən həyata keçirilir. Qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə portal.edu.az, sonra isə kabinet.unec.edu.az portalları vasitəsilə…

Ətraflı

Bank kartlarından oğurluq edən şəxs saxlanıldı

Bakıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bank kartlarından oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov saxlanılıb.   Bu barədə Viral.az DİN-n Mətbuat xidmətindən bildirilib.   Onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub.   Davam etdirilən tədbirlərlə E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də…

Ətraflı

Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 5 ədəd su anbarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası olaraq təmir-bərpa işləri, Tərtərçay Sol Sahil kanalının yenidənqurulması başa çatdırılaraq istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.   Viral.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 5…

Ətraflı

Respublika Klinik Xəstəxanası köçürülür – AÇIQLAMA

Respublika Klinik Xəstəxanası köçürülür.   Viral.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.     Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Nərimanov Tibb Mərkəzindən sonra, Respublika Klinik Xəstəxanasının da köçürüləcəyini təsdiqləyib. Onun sözlərinə görə, tibb müəssisəsində əsaslı təmirə ehtiyac var.   Vüqar Qurbanov həmçinin, dövlət tibb müəssisələrindəki həkimlərin vətəndaşlardan, poliklinikadan göndəriş…

Ətraflı