Dağıstanın Daxili İşlər Nazirliyi Dərbənddə terrorçularla toqquşmaların davam etdiyini bildirib.
Viral.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Son Yazılar:
- Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
- Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir – Canlı
- Azərbaycanda “UFO”lar GÖRÜLDÜ! – VİDEO
Məlumata görə, köməyə gələn Dağıstan şəhər polis idarələrindən birinin rəisi Mavludin Xıdırnəbiyev ağır yaralanıb. O, aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Şahidlər, həmçinin Mahaçqalada atışmaların yenidən başladığını bildirirlər.
Son məlumatlara görə, Dağıstanda silahlıların hücumu nəticəsində 7-si polis əməkdaşı olmaqla 9 nəfər həlak olub, 25 nəfər yaralanıb. Naməlum silahlılar Dərbənd və Mahaçqalada iki sinaqoq və iki kilsəyə, həmçinin Mahaçqala yol polisi postuna hücum ediblər. Eyni zamanda Dağıstanın Serqokala kəndindəki meydanda naməlum şəxslər polis maşınına atəş açıb.