Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirildi

İyunun 25-də səhər saatlarında Çinin “Change-6” Ay zondu planetimizin təbii peykinin görünməyən tərəfindən toplanan torpaq nümunələrini Yerə çatdırıb.

 

Viral.az xəbər verir ki, zonddan paraşütlə atılan kapsul ÇXR-in Daxili Monqolustan əyalətində yerə enib. Ayın görünməyən tərəfindən toplanan torpaq nümunələrinin Yerə çatdırılması tarixdə ilk dəfədir baş tutur.

Son Yazılar:

 

Xatırladaq ki, orbital, eniş, uçuş və qayıdış modullarından ibarət olan “Change-6” missiyası 53 gün davam edib.