Ədliyyə naziri özünə yeni müşavir təyin etdi

Elvin Hətəmzadə ədliyyə nazirinin müşaviri təyin olunub.

 

Viral.az “Report”a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Son Yazılar:

 

Qeyd edək ki, E.Hətəmzadə 2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Ali Məhkəmədə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.