Gürcüstanda meşə yanğınları TƏHLÜKƏSİ

Gürcüstanda yüksək hava temperaturu səbəbindən meşə yanğınları riski artıb.

 

Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, meşə yanğınlarının qarşısının alınması və söndürülməsi üzrə operativ qərargah bu həftə Gürcüstanın şərqindəki Kaxeti bölgəsinin Siqnahi bələdiyyəsində fəaliyyətə başlayıb.

Son Yazılar:

 

Həmin rayonun Axmeta bələdiyyəsinin Omalo kəndində əlavə qüvvələr cəmlənib: yanğınsöndürmə və xilasetmə xidmətinin şəxsi heyəti və texnikası.

 

“Fövqəladə Hallar Xidməti hər kəsi vətəndaş məsuliyyətinə riayət etməyə, meşə və əkin sahələrinə yaxın yerlərdə od yandırmamağa, piknik zamanı yanğınları nəzarətsiz qoymamağa çağırır”, – deyə qeyd olunub.