Avstraliyanın “Flinders Universitetinin” alimləri müəyyən ediblər ki, gecələr parlaq işıqdan qaçmaq diabetin inkişaf riskini azalda bilər.
Viral.az xəbər verir ki, tədqiqatın nəticələri “The Lancet Regional Health – Europe” jurnalında dərc olunub.
Mütəxəssislər təxminən 85 min insanın məlumatlarını təhlil ediblər, bu da işıq sensorlarından 13 milyon saatlıq qeydləri əhatə edib. 2-ci tip diabeti olmayan iştirakçılar bu cihazları bir həftə ərzində gecə-gündüz biləklərində taxıblar. Sonrakı doqquz il ərzində onların vəziyyəti izlənilib.
Son Yazılar:
- Rasim Balayevin səhhəti necədir?
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
İşığa məruz qalma ilə 2-ci tip diabetin inkişaf riski arasında əhəmiyyətli bir əlaqə olduğu ortaya çıxıb. Şəkərli diabet, inkişafı illərlə davam edən və hərəkətsizlik və piylənmə kimi həyat tərzi faktorları ilə əlaqəli xroniki bir xəstəlikdir. Gecə parlaq işığa məruz qalma sirkadiyalı ritmləri poza bilər, insulin ifrazına və qlükoza mübadiləsinə təsir göstərir.
Tədqiqatçılar həmçinin həyat tərzi, yuxu rejimi, növbəli iş, pəhriz və psixi sağlamlıq kimi tip 2 diabetlə əlaqəli digər amilləri də nəzərə alıblar. Bu amillərə baxmayaraq, gecə saatlarında artan işığa məruz qalma diabetin inkişafının güclü göstəricisi olaraq qalır.
Yusif EYVAZLI