Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşir.
Viral.az xəbər verir ki, bu barədə “Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.